Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Venesuela hakimiyyəti prezidentə dronlarla hücum edildiyini deyir


Nicolas Maduro ilə həyat yoldaşı Cilia Flores hərbçilərlə.
Nicolas Maduro ilə həyat yoldaşı Cilia Flores hərbçilərlə.

Venesuala hakimiyyəti ölkə prezidenti Nicolas Maduronun həyatına sui-qəsd edildiyini bildirir.

Bu barədə Reuters və digər qərb agentlikləri də məlumat yayıblar.

Hakimiyyətin bəyanatına görə insident avqustun 4-də paytaxt Karakasda keçirilən hərbi tədbir zamanı baş verib.

Sosial şəbəkələrdə yayılan videoda, Maduro çıxış edərkən partlayış səsi eşidilir və xilas edicilər dərhal xüsusi qoruyucu qalxanlarla prezidenti dövrəyə alırlar. Maduronun özü isə yuxarıya baxır. Məlumata görə insident zamanı 7 əsgər xəsarət alıb.

Venesuela hakimiyyətinin məlumatına görə,Maduronu partlayıcı qoyulmuş dronlarla öldürmək istəyirmişlər.Məlumata görə snayperlər dronları hədəfə çatmamış vurublar.

Amma videoda həmin dronlar görsənmirlər.

Artıq istintaq çərçivəsində saxlananlar olduğu bildirilir.

Reutes agentliyinin məlumatına görə buna görə cavabdehliyielə də çox tanınmayan“köynəkli əsgərlər milli hərəkatı” adlı üsyançı qrup üzərinə götürüb.

Associated Press agentliyi isə hadisə yerində olan yanğınsöndürənlərə istinadla, Maduronun ətrafında heç bir dron görünmədiyini xəbər verir.

Venesuala hakimiyyəti hesab edir ki, bu hücumun arxasında qatı sağçılar və qonşu Kolumbiya hakimiyyəti durur.

Amma Kolumbiya ittihamı rədd edir.

Qeyd edək ki, keçmiş-mərhum prezident Ugo Chavesin davamçısı Nicolas Maduro bu ilin mayında yenidən prezident olub. Seçkidən öncə xeyli müxalifət təmsilçisi həbs edilib və ya seçkidən kənarlaşdırılıb.

Bir sıra Latın Amerikası ölkələri seçkinin nəticələrini tanımayıblar. ABŞ isə Venesuelaya qarşı sanksiyaları kəskinləşdirib.

Buna da bax:"Yoxsul venesuelalılar bir qutu yeməyə Maduro-ya səs verə bilər".

2017-ci ildə ölkədə keçirilən kütləvi etirazlardan sonra (Həmin etiraz aksiyalarında 120-dən çox adam ölmüşdü) Maduro təsis yığıncağı yaradaraq, müxalifətin çoxluq təşkil etdiyi parlamentin səlahiyyətlərini ləğv edib.

Venesuela hazırda ağır iqtisadi böhran içindədir, ölkə valyutası məzənnədən kəskin düşüb, bu günlərdə hakimiyyət vəziyyətdən çıxmaq üçün milli valyitadan 5 sıfırı silib.Amma şərhçilər hesab edir ki, bu vəziyyətdən çıxış yolu deyil.Ölkədə ərzaqq və dəva-dərman qıtlığı yaranıb. Mağazalarda piştəxtalar boşdur.

Ölkə sakinləri ərzaq dalınca qonşu ölkələrə üztutur və ya mühacirətə gedirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG