Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Madeyrada avtobus qəzasında azı 28 nəfər ölüb


Hadisə yerində
Hadisə yerində

Portuqaliyanın Madeyra adasında baş vermiş avtobus qəzasında 28 nəfər ölüb.

Aprelin 17-də baş vermiş qəzada ölənlərin əksəriyyəti almaniyalı turistlərdir.

Madeyranın meri Filipe Sousa deyib ki, içərisində 55 sərnişin olan avtobus dik yamacda yoldan çıxaraq aşıb.

Yerli telekanal Atlantik Okeanı sahilindəki təpəliklərdə səpələnmiş cəsədləri nümayiş etdirib.

Yerli sakinlər bildirirlər ki, qəza baş verəndə hava yaxşı olub. Hadisə gün işığında, axşamın erkən saatlarında baş verib.

Yerli hakimiyyət orqanları qəzanın səbəbinin araşdırıldığını deyirlər.

Madeyra avropalıların populyar istirahət məkanlarından biridir.

XS
SM
MD
LG