Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 04:33

Macron deyir ki, Ukrayna danışıqları gələn ay olacaq


Emmanuel Macron (sağda) və Vladimir Putinavqustun 19-da görüşüblər
Emmanuel Macron (sağda) və Vladimir Putinavqustun 19-da görüşüblər

Fransa prezidenti Emmanuel Macron deyib ki, Rusiya, Ukrayna, Almaniya və Fransa liderləri Ukrayna münaqişəsinə son qoyulması məqsədilə gələn ay danışıqlara başlayacaqlar.

Macron G7-nin sammitində deyib ki, “hazırda faydalı sammitin keçirilməsi üçün şərait var”.

Macron bildirib ki, Normand formatı kimi tanınan dördtərəfli danışıqlar sentyabrda keçiriləcək.

Fransa prezidenti bu yaxınlarda Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə görüşüb və Rusiya prezidenti Vladimir Putini G7 sammitindən bir həftə əvvəl ölkəsinə dəvət edib.

Macron Putinlə görüşündən sonra deyib ki, Ukraynada sülhə nail olunması üçün “real imkan” var.

Zelenskiy Putinlə şəxsən görüşmək təşəbbüsü irəli sürüb.

Moskva müzakirələrin bərpa edilməsində maraqlı olduğunu deyib.

Censor.net saytının məlumatına görə ölkənin şərqindəki münaqişədə təkcə iyul ayında 66 Ukrayna əsgəri həlak olub.

Bu arada ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton Kiyevə səfərə hazırlaşdığını bildirib.

Eyni zamanda prezident Zelenskiy Vaşinqton səfərinə hazırlaşır.

XS
SM
MD
LG