Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:12

Macron Mərakeş əsilli yazıçını ‘fransız işləri naziri’ təyin edib


Leila Slimani
Leila Slimani

Fransa prezidenti Emmanuel Macron əsas funksiyası fransız dili və mədəniyyətini təbliğ və müdafiə etmək olan fransız işləri naziri postuna mükafatlı gənc yazıçı qadını təyin edib.

Fransız işləri naziri (francophone affairs minister) vəzifəsi Leïla Slimani-yə həm də prezidentin xüsusi təmsilçisi statusunu verir.

Macronun sözçüsü deyib ki, bu vəzifəyə Slimaninin təyin edilməsinə səbəb onun “çoxmədəniyyətli dünyada fransızdilliyin açıq siması və prezidentin önəm verdiyi gənc nəslin təmsilçisi olmasıdır”.

Guardian qəzeti yazır ki, Macron ədəbiyyat adamı kimi tanınmaq istəyir və Slimaninin kitablarına heyran olduğunu bildirib.

Lakin Slimani Macron-a daha çox siyasi dəstək verib. Macron gərgin keçən Fransa prezidenti seçkisinin birinci dövrəsindən sonra Slimani ilə şəxsən görüşmək istədiyini bildirmiş və gənc yazıçı ikinci dövrədə onun namizədliyinə dəstək elan etmişdi.

Bu seçki yarışında Macron Milli Cəbhənin lideri Marine Le Pen-ə qalib gəlib.

Fransa mediası sonradan xəbər verirdi ki, Macron Slimaniyə mədəniyyət naziri vəzifəsini təklif etsə də, gənc yazar bundan imtina edib.Buna baxmayaraq Slimani Macron-u iyun ayında 6-cı Məhəmmədlə görüşməsi üçün Mərakeş səfərində müşayiət edib.

Özü də əslən Mərakeşdən olan yazıçını ötən ilin noyabr ayına qədər çox az adam tanıyırdı. Məhz həmin vaxt onun ikinci romanı “Layla” əsərinə görə nüfuzlu Prix Goncourt ədəbiyyat mükafatına layiq görülmüşdü.

Onun sonrakı əsəri – “Sexe et mensonges” (Seks və yalanlar) romanı Mərakeşdə seksuallıq mövzusunda yazılıb. Bu əsərdə Slimanı doğulduğu ölkəni daha çox seksual azadlıq və cinsi dözümlülüyə çağırır, burqanın əleyhinə çıxış edir.

Bu həftənin əvvəllərində Slimani Yelisey sarayında Macron-la görüşəndən sonra, prezident administrasiyası bildirmişdi ki, gənc yazıçı ən müxtəlif məsələlərə dair “konkret layihələrə” rəhbərlik edəcək.

Bəyanatda bu məslələrin təhsil, mədəniyyət, qadın-kişi bərabərliyi, gənclər üçün iş yerləri, iqlim dəyişikliyi ilə mübarizə və yeni texnologiyaların inkişaf etdirilməsindən ibarət olduğu bildirilir.

Macron-un mərkəzçi “Respublika yürüşdə” partiyası əsasən siyasətdə təzə olan adamlardan ibarətdir.

Macron qılıncoynatma üzrə olimpiya çempionu Laura Flessel-Colovic-i idman naziri təyin edib. Tanınmış ekoloq və televiziya aparıcısı Nicolas Hublot hazırda ekologiya naziridir.

Oktyabr ayında prezident ölkənin tarixi memarlıq abidələrinə baxılmasını, monarxlar və aristokratlar sahəsində tanınmış televizya şərhçisi Stéphane Bern-ə tapşırıb.

Slimaninin nazir təyinatı ilə eyni vaxtda, Goncourt mükafatını verən münsiflər heyəti builki qalibi elan edib.

Bu, nasistlərin hakimiyyətə gəlişindən bəhs edən romanın müəllifi Eric Vuillard-dır.

AzadlıqRadiosunda iş imkanları

AzadlıqRadiosunda iş imkanları

AzadlıqRadiosuna

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG