Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:44

Macron deyir ki, Türkiyə Avropa İttifaqına üzv yox, tərəfdaş ola bilər


Fransa prezidenti Emmanuel Macron (sağda) və Recep Tayyip Erdoğan mətbuat konfransından sonra
Fransa prezidenti Emmanuel Macron (sağda) və Recep Tayyip Erdoğan mətbuat konfransından sonra

Fransa prezidenti Emmanuel Macron yanvarın 5-də Parisdə Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşündən sonra bildirib ki, Trükiyədə hazırda baş verən hadisələr bu ölkənin Avropa İttifaqı üzvlüyü üçün danışıqları əsaslı şəkildə bloklayır.

O əlavə edib ki, hazırkı siyasi şəraitdə Avropa İttifaqı Türkiyəyə tam üzvlük əvəzinə yalnız “tərəfdaşlıq” təklif edə bilər.

Macron deyib ki, Türkiyədə 2016-cı ilin iyulunda baş vermiş çevriliş cəhdindən sonrakı repressiyalar və insan haqları ilə bağlı başqa narahatlıqlar Ankaranın Avropa İttifaqı üzvlüyü məsələsində “irəliləyişi mümkünsüz edir”.

Türkiyədə çevriliş cəhdinin ardınca 50 min nəfər həbs edilib və müəllimlər, hakimlər və hərbçilər də daxil 150 min nəfər işlərindən qovulub.

Macron Erdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib: “Avropa İttifaqı ilə münasibətlərə gəlincə, aydındır ki, hadisələr və seçimlər bu prosesdə irəliləyişə imkan vermir”.

Erdogan Macrona deyib ki, Türkiyənin Avropa İttifaqı üzvlüyü üçün bu qədər uzun müddətdə gözləməsi “üzücüdür”.

Erdoğan deyib: “Bu bizi ciddi şəkildə yorub. Ola bilsin ki, bu bizi qərar qəbul etməyə məcbur etsin”. Türkiyə prezidenti “qərarın” nədən ibarət ola biləcəyini açıqlamayıb.

Macron mətbuat konfransında Türkiyədə həbs edilmiş bir neçə jurnalistin məsələsinə işarə ilə bunu da deyib ki, demokratik ölkələr “qanunun aliliyi” prinsipinə hörmət etməlidirlər.

Fransa prezidenti bildirib ki, o türkiyəli həmkarı ilə fərdi şəxslərin siyahısı üzrə ayrıca müzakirə aparıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG