Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:35

Hökumətin vədinə baxmayaraq Fransada etirazlar davam edir


Fransada etiraz aksiyası
Fransada etiraz aksiyası

Dekabrın 11-də Fransada etirazlar yenə də davam edib. Küçələrə çıxan tələbələr fransa hökumətinin planlaşdırdığı iqtisadi islahatlara etiraz ediblər.

Bundan 1 gün öncə Fransa prezidenti Emanuel Macron televiziya ilə xalqa müraciətində bildirmişdi ki, hökumət minimal əməkhaqlarını 100 avro artıracaq. Bundan əlavə o bildirib ki, pensiyaçılara və kasıblara vergi güzəştləri tətbiq ediləcək. Amma Macron varlılara tətbiq olunan xüsusi vergini bərpa etməkdən və 2019-cu ildə davam etdirəcəyi iqtisadi islahatları dayandırmaqdan imtina edib.

Fransada tələbələr də ayağa qalxdı
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

“Bu bizim ölkə üçün tarixi andır. Biz dialoq yolu ilə uğura və qarşılıqlı hörmətə nail olacağıq”, Macron deyib.

Amma bir çox fəallar onun dediklərinə şübhə ilə yanaşırlar.

"Bu haqda nə düşünürəm? Ümumi götürəndə heç nə. Deyərdim ki, bu çox dumanlı görsənir. 100 avro bir o qədər də böyük artım deyil. Əgər geri çəkilsək onda bu məbləğ 80 avroya bəlkə də ondan da aşağı düşəcək",Carl Tokar adlı fəal​ deyir.

Emmanuel Macronun verdiyi vədlər Fransa büdcəsinə milyardlarla avroya başa gələcək. Amma bu vədlərin “sari jiletləri”, etirazçıları sakitləşdirib-sakitləşdirməyəcəyi hələ bəlli deyil.

Fransada etirazlar noyabrın ortalarında-yeni ildən yanacağın qiymətinin artırılacağı barədə xəbərdən sonra başlayıb. “Sarı jilet” hərəkatı çərçivəsində paytaxt Paris və digər şəhərlərdə dükanlar qarət olunub, avtomobillər yandırılıb. Polislə qarşıdurmalarda yüzlərlə adam xəsarət alıb, 2000-dək adam saxlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG