Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:20

Macron ‘hətta ABŞ-dan da’ müdafiə üçün Avropa ordusu istəyir


Emmanuel Macron
Emmanuel Macron

Fransa prezidenti Emmanuel Macron Avropa İttifaqını Rusiyadan və hətta Birləşmiş Ştatlardan müdafiə edə biləcək “real Avropa ordusunun” yaradılmasına çağırıb.

Fransada prezident olandan bəri Avropa İttifaqının özünün müştərək hərbi strukturunun yaradılmasına çağıran Macron noyabrın 6-da radioya verdiyi müsahioədə Avropanın Amerikadan daha az asılı olmasını istədiyini deyib.

Macron Europe 1 radiosuna deyib: "Biz özümüzü Çindən, Rusiyadan və hətta Birləşmiş Ştatlardan müdafiə etməliyik. Həqiqi Avropa ordusu olmadan biz avropalıları müdafiə edə bilməyəcəyik”.

Fransa prezidenti NATO-dan əlahiddə, 9 üzvü olan Avropa qüvvələrinin yaradılmasını istəyir. Onun sözlərinə görə bu ordu münaqişələrə və təbii fəlakətlərə qısa müddətdə müdaxilə edə bilməlidir.

Sözü gedən 9 ölkənin müdafiə nazirləri noyabrın 7-də ilk dəfə olaraq Parisdə görüşməlidirlər.

Avropa İttifaqı 2021-ci ildən başlayaraq müdafiə xərclərini artırmalıdır. Bu planlara görə yeni hərbi avadanlığın tədqiqatı və inkişaf etdirilməsi üçün 13 milyard avro ayrılması nəzərdə tutulur.

Avropa İttifaqının 25 üzvü müştərək hərbi investisiya və layihə inkişafı üçün özlərinin müdafiə sistemlərinin daha yaxşı əlaqələndirilməsini istəyir. Bu təşəbbüs qısaca olaraq PESCO kimi tanınır.

AzadlıqRadiosu yazır ki, Avropada hərbi əməkdaşlığa qarşı çıxan Britaniyanın Avropa İttifaqını tərk etmək qərarından sonra Avropanın müştərək müdafiəsi məsələsi yenidən gündəmə gəlib.

Avropa ölkələri həm də narahatdırlar ki, Donald Trump-ın administrasiyası Avropanın müdafiəsinə öz xələflərindən daha az sədaqətli ola bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG