Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Macron qlobal antisemitizmin ən yüksək səviyyəyə çatdığını deyib


Macron fevralın 19-da yəhudi məzarlığına baş çəkib. Burada 96 yəhudi baş daşının üstünə naməlum şəxslər tərəfindən svastika nişanları çəkilib
Macron fevralın 19-da yəhudi məzarlığına baş çəkib. Burada 96 yəhudi baş daşının üstünə naməlum şəxslər tərəfindən svastika nişanları çəkilib

Fransa prezidenti Emmanuel Macron yəhudi icmasının liderlərindən ibarıət qrupa deyib ki, qlobal antisemitizm II Dünya Müharibəsindən bəri özünün ən yüksək səviyyəsinə yüksəlib.

Onun fevralın 20-də verdiyi bu bəyanatdan bir gün əvvəl minlərlə insan nifrət cinayətlərinə və antisemitizmə etiraz bildirmək üçün Fransa şəhərlərinin küçələrinə çıxmışdı.

Macron Fransa Yəhudi Təsisatları Təmsilçi Şurasının ənənəvi illik şam yeməyində etdiyi çıxışda deyib ki, antisemitizm son illərdə geniş vüsət alıb və vəziyyət son həftələrdə xüsusilə pisləşib:

"Ölkəmiz, əslində bütün Avropa və əksər Qərb demokratiyaları antisemitizmin II Dünya Müharibəsindən bəri görünməmuş miqyasda baş qaldırması ilə üzləşib”.

Macron deyib ki, Fransa antisemitizmin Beynəlxalq Holokostu Yadetmə Alyansı tərəfindən verilmiş təfsirini qəbul edəcək.

Bu təfsirə görə antisemitizm “Yəhudi xalqının öz müqəddaratını təyinetmə hüququnun tanınmasının inkarıdır”. Məsələn “Yəhudi Dövlətinin mövcudluğunun irqçilik olduğunu” bəyan etmək belə bir inkar sayıla bilər.

Macron fevralın 19-da Almaniya ilə həmsərhəd Elzas regionundakı məzarlığa baş çəkib. Burada 96 yəhudi baş daşının üstünə naməlum şəxslər tərəfindən svastika nişanları çəkilib.

Macron deyib ki, “biz hərəkət edəcək, qanunlar verəcək və cəzalandıracağıq”.

Fevralın 19-da minlərlə insan Fransa boyunca antisemitizmi pisləyən və “Yetər artıq!” plakatları daşınan 70-dək nümayişə qatılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG