Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:37

Macintosh-un ad günüdür, plaşı kəşf edən Macintosh-un


Charles Macintosh
Charles Macintosh

The Daily Telegraph” qəzeti yazır ki, 1824-cü ilədək Şotlandiyada yaşamaq zülm idi. Çünki bu ölkədə yağışlı günlərin sayı quru günlərdən çoxdur.

Bir də var çətirin ola. Amma 1824-cü ilədək sükeçirməyən parçalar da yox idi.

Adamlar yağışdan qorunmaq üçün üstünə yağ və ya qətran çəkilmiş parçalardan tikilən paltarları geyinirdilər.

Ağırlığı bir yana, bu paltarların iy-qoxusuna dözmək olmurdu.

Bütün bu müsibət o vaxtadək davam etdi ki, Charles Macintosh adlı bir kimyaçı sukeçirməyən parçanı kəşf etdi. Bundan az sonra həmin parçadan tikilən və plaş adlanan geyim növü də sürətlə yayıldı.

Google Doodle dekabrın 29-da Charles Macintosh-un anadan olmasının 250 illiyini qeyd edir.

Bəs görəsən bu faydalı parça necə kəşf olunub?

Charles Macintosh-un ailəsi o 11 yaşındaykən Qlazqo şəhərinə köçüb. Atası orada tikiş fabriki qurmalı idi. Charles hələ yeniyetmə yaşlarından bu fabrikdə işlər müdiri idi, amma bütün boş vaxtını sevdiyi kimya elminə həsr edirdi. Üstəlik də həmin dövrdə Şotlandiya intibahı başlamışdı axı…

Macintosh bir çox kimyəvi təcrübələr apardıqdan sonra kəşf etmişdi ki, qətranın yan məhsulu olan liqroin (kerosinə bənzəyən maddə) ağacların qabığında olan təbii kauçuku həll edir. Bunun nəticəsində əldə olunmuş pasta isə islanmır.

Macintosh həmin pasta çəkilmiş parçanı iki başqa parçanın arasında tikməklə, çöldən islanan, içəridən quru qalan parçanı yaratmışdı.

1823-cü ildə Macintosh-a sukeçirməyən parçaya görə patent verilmişdi.

Dərzilər yaxın durmadılar, özü tikdi

Bundan sonra isə qalanı texnikanın, daha doğrusu texnologiyanın işi idi. Əvvəl-əvvəl çətinliklər vardı. Arakəsmə parça tikişlərin arasından su buraxırdı, yayın qızmarında isə yapışqanlaşırdı.

Odur ki, dərzilər bu parçaya heç yaxın durmaq istəmirdilər. Buna görə də Macintosh öz fabrikini açdı. O biznesini Thomas Hancock-la birləşdirdi. Hancock süni rezini özü istehsal edirdi.

Macintosh plaşlarından biri
Macintosh plaşlarından biri

Belə rezinlə tikilmiş parçalar daha davamlı, yüngül və daha uzun ömürlü olmuşdu.

O vaxtdan bəri plaşın çox növləri, ən müxtəlif üslübda olanları istehsal edilib.

1925-ci ildə Dunlop Rubber şirkəti tərəfindən alınmış Macintosh isə bu günə qədər davam edir. Hər bir Macintosh plaşının qiyməti bir neçə yüz funt sterlinqdir.

1960-cı illərdə bu plaşlar bir müddət SSRİ-də, o cümlədən Azərbaycanda da məşhur olub.

Həmin illərin adamları mərhum aktyor Əliağa Ağayevin “Macintosh-u birdən yanan” obrazını xatırlayırlar.

Qaldı, son məlumatlara, Mackintosh şirkəti 2016-cı ilin martınadək 7, 8 milyon funtluq mal satıb.

Satışın ən şıdırğı yeri Yaponiyadır.

Hə bir də Mac kompüterlərinin bizim Machintosh-a dəxli yoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG