Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 10:42

Macarıstanda nar sərgisi


Mərziyyə İbrahimovanın rəsm əsəri

Azərbaycanın Macarıstandakı səfirliyi Budapeştdə fəaliyyət göstərən Azərbaycan-Macarıstan Mədəniyyətlərarası Dialoq Fondu ilə birlikdə gənc rəssam, Bakı Rəssamlıq Akademiyasının məzunu Mərziyyə İbrahimovanın fərdi sərgisini təşkil edib.

Səfirlikdən AzadlıqRadiosu-na verilən xəbərə görə, sərgi Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsinin 25 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamıdır.

Buna da bax:​ Bakıda «Disney xəzinəsi»...

Səfir Vilayət Quliyevin və Fondun direktoru Sevinc Mücirinin iştirakı ilə açılan sərgini macar tamaşaçılar böyük maraqla izləyiblər.

Rənglərin əlvanlığı, milli koloritin güclü ifadəsi, Azərbaycan təbiətinin gözəlliklərinin özünəməxsus təsviri ilə seçilən tablolar onlarda xoş təsir buraxıb.

XS
SM
MD
LG