Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Avropa Birliyi Macarıstanı hədələyir


Macarıstanın LGBT qanununa Niderlandda etiraz
Macarıstanın LGBT qanununa Niderlandda etiraz

Tənqidçilər qanunu LGBT hüquqlarına hücum adlandırır, cinsi azlıqları çıxdaş etdiyini, seksual oriyentasiya ilə bağlı müzakirəni boğduğunu deyirlər

Avropa Birliyi Macarıstana xəbərdarlıq edib ki, qalmaqallı LGBT qanununu ləğv eləsin, yoxsa blokun qanunları qarşısında cavab verməli olacaq.

AB Komissiyasının Prezidenti Ursula von der Leyen iyulun 7-də Strasburqda parlamentdə çıxışı zamanı bildirib ki, heç bir məsələ “bizim dəyərlərimiz və mənsubiyyətimizə zərbə vuracaq qədər vacib” deyil, qanun azlıqların hüquqlarının qorunması, insan haqlarına sayqıya qarşıdır.

“Homoseksuallıq pornoqrafiya ilə eyniləşdirilir. Bu qanun uşaqların qorunmasından insanlara qarşı seksual mənsubiyyətləri ilə bağlı ayrıseçkilik” üçün istifadə edir, von der Leyen deyib.

Onun sözlərinə görə, Macarıstan geri çəkilməsə, AB qanunları ilə üzləşəcək, amma detallı danışmayıb. Burada söhbət Avropa Ədalət Məhkəməsinin hökmündən, Budapeştin AB aktivlərinin dondurulmasından gedə bilər, AB deputatları belə deyirlər.

“Bu biabırçılıqdır”, – o, sözlərinə əlavə edib.

***

İyulun 7-dən Macarıstanda homoseksuallıq, yaxud cinsin dəyişdirilməsinin azyaşlılara təbliği kimi görünə biləcək materiallar yasaqlanır. Avropa Birliyinin bir çox üzvləri, lesbian, gey, biseksual və transgenderlərin (LGBT) hüquq müdafiəçiləri isə bu qanunu pisləyir.

Ötən ay Macarıstan parlamentinin qəbul etdiyi qanunda televiziya şouları, filmlərdə homoseksuallıq, yaxud genderin dəyişdirilməsinin “göstərilməsi, yaxud təbliği”, məktəblərə uşaqlar üçün cinsi maarifləndirmə proqramlarının salınması qadağan olunub.

“Bütövlükdə cəmiyyəti müdafiə edirik”

Tənqidçilər qanunu LGBT hüquqlarına hücum adlandırır, cinsi azlıqları çıxdaş etdiyini, seksual oriyentasiya ilə bağlı müzakirəni boğduğunu deyirlər.

“Bütöv regionlar özlərini qeyri-LGBTIQ zonası elan etdiyi vaxtda sakitcə durub baxa bilmərik”, – AB Komissiyasının Prezidenti Ursula von der Leyen iyulun 7-də tvitində yazıb.

“Biz cəmiyyətin hissələrini müdafiə edəndə bütövlükdə cəmiyyəti müdafiə edirik”, – o, sözlərinə əlavə edib.

Ötən ay Budapeştdə bu qanuna qarşı etirazlar keçirilib. Ötən həftə bir sammitdə isə AB-nin bəzi liderləri Baş nazir Viktor Orbanı buna görə tənqid edib.

Fransa Prezidenti Emmanuel Makron və Niderlandın Baş naziri Mark Rutte deyiblər ki, Orban ya AB-nin dəyərlərinə əməl etməlidir, ya da 27 üzvü olan blokdan çıxmalıdır.

AB liderlərinin mövqeyi

Sammitdən öncə AB-nin 17 üzvünün lideri cinsi ayrıseçkiliyin istənilən formasını pisləyən məktub imzalayıblar. “Avropa layihəsinin özəyini sayqı və dözümlülük təşkil edir”, – onlar yazıblar. Məktubda Macarıstanın adı çəkilməsə də, hədəf bəlli idi.

Almaniya, Niderland, İsveç, Fransa, Belçika daxil 13 ölkə isə daha da irəli gedərək Macarıstanın hüquqi dəyişikliklərini pisləyib.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen qanunu “biabıqçılıq” adlandırmışdı.

Yalnız Polşa və Sloveniyanın Orbanı bu məsələdə dəstəklədiyi bildirilir.

Orban isə deyir ki, qanun homoseksuallığa qarşı yönəlməyib, hökumət 18 yaşınadək uşaqların cinsi tərbiyəsini valideynlərin öhdəsinə buraxmaq istəyir. Orbanın sağ qanad hökuməti gələn il seçkiyə gedir.

O, qanunu tənqid edən Avropa liderlərini “müstəmləkəçi” kimi davranmaqda suçlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG