Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:51

'Maaşların hazırkı səviyyəsi güclü inflyasiya mənbəyi deyil'-deputat ( media icmalı)


Azərbaycan manatı
Azərbaycan manatı

ABŞ paytaxtı Vaşinqitonda Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin görüşü, minimum əməkhaqqlarının, maaşların artırılması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Vaşinqton görüşü

Yeni Müsavat” qəzeti-ndə “Elxan Şahinoğlu: “Vaşinqton görüşündə nəticə əldə olunmayıb”” sərlövhəli yazı yer alır.

Yazıda iyunun 20-də ABŞ paytaxtı Vaşinqitonda gerçəkləşən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı ekspert fikirləri təqdim edilir.

Yazıda bildirildiyinə görə, görüşdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlama verərək deyib ki, “intensiv və dərin” danışıqlar aparılır, həmsədrlər daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim diblər.

Elmar Məmmədyarov (sağda), New York, 26 sentyabr 2018
Elmar Məmmədyarov (sağda), New York, 26 sentyabr 2018

Hərbi icmalçı Ramil Məmmədli qəzetə deyib ki, bu cür görüşləri müsbət sayır:

“Bu, ABŞ-ın münaqişənin həlli ilə bağlı növbəti həmləsidir. Bilavasitə münaqişənin həllinə yönəlib. Lakin Ermənistanın Kremldən tam asılılığı vəziyyəti hər an dəyişə bilir. Bu baxımdan diplomatik cəhdlərin nəticə verib-verməyəcəyini demək olmaz…”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə qeyd edib ki, Vaşinqton görüşündə nəticə əldə olunmayıb:

“ Yeganə nəticə 19 il aradan sonra görüşün ABŞ-da təşkil olunmasıdır. Ancaq bu, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması anlamına gəlmir. Vaşinqton, sadəcə, bununla Rusiyaya mesaj göndərdi ki, Cənubi Qafqazda Amerikanın maraqları var. Bunun münaqişənin həllinə birbaşa təsiri olmasa da, ABŞ-ın Cənubi Qafqazda varlığını göstərməsi Azərbaycanın da maraqlarına uyğundur”.

“ Monopoliyadan qaynaqlanan süni qiymət artımınının ...”

Əli Məsimli, mart 2014
Əli Məsimli, mart 2014

“Moderator.az” saytında “Manatın taleyi maaş artımından yox, neftin qiymətindən asılıdır” sərlövhəli yazı oxumaq olar.

Müəllif dövlət başçısı İlham Əliyevin sentyabrın 1-dən minimum əməkhaqqı və bəzi dövlət qurumlarda maaşları artırmasını deputat, “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu”nun rəhbəri Əli Məsimli ilə müzakirə edib.

Deputat hesab edir ki, prezident İlham Əliyev genişmiqyaslı sosial paket həyata keçirir.

O, eyni zamanda, maaşların artırılmasının inflyasiyaya səbəb ola bilmə təhlükəslini də dəyərləndirərək deyib:

“Təbii ki, dövriyyəyə əlavə pul daxil olanda inflyasiya təzyiqi artacaq.”

Amma onun sözlərinə görə, bu təzyiqin real inflyasiya yaradacaq gücü azdır və inflyasiyanı cüzi artıra bilər:

“Bizdə orta əməkhaqqı 600 manatın altında və 300 manata qədər maaş alanlar isə yetərincə çoxdur….Deməli maaşların hazırkı səviyyəsi güclü inflyasiya mənbəyi deyil”.

Bununla belə, ölkədə qiymət artımına təsir edən amillər olduğunu deyən deputat əsas problem kimi monopoliyanı qeyd edib: “Ona görə də aidiyyatı qurumlar monopoliyadan qaynaqlanan süni qiymət artımınının qarşısını almaq üçün təsirli tədbirlər görməlidir ki,artan maaş,pensiya və digər ödənişlər süni qiymət artımı şəklində özünü göstərən inflyasiyanın yeminə çevrilməsin”.

“Növbəti paket”

“Azərbaycan” qəzeti-ndə isə “Ali məqsəd sosial güvənliyin tam təminatıdır” sərlövəhli yazı dərc edilib.

Bu yazıda da prezidentin minimum əməkhaqqıların və bəzi dövlət qurumlarında maaşların artırılması ilə bağlı sərəncamlarından bəhs edilir.

Ilham Əliyev, 10 may 2019
Ilham Əliyev, 10 may 2019

Müəllif yazmasına görə, o iqtisadiyyat iqtisadiyyat deyil ki, məramı, məqsədi, hədəfi əhalinin sosial güvənliyinin təminatı olmasın.Yazıda vurğulandığına görə, bütün sahələrdə, xüsusən də iqtisadiyyatda nə edilirsə, hamısı insana, onun xoş güzəranına həsr edilib:

“ Bəzən biz bu məlum həqiqətin fərqinə varmırıq və o üzdən hökumətdən hərdən incik düşürük, imkanından artığını gözləyirik, uman yerdən küsərlər deyib bu işdə bizim də boynumuza düşən hansısa bir vəzifə olduğunu unuduruq. Unuduruq ki, dolanışığımız iqtisadiyyatımızın göstəricisi olduğu kimi, iqtisadiyyatımız da vəzifə və peşəmiz daxil hər birimizin fəaliyyətinin, işimizə münasibətin güzgüsüdür”.

​Yazıda qeyd edildiyinə görə, hələ cari ilin əvvəlində İlham Əliyev bəyan etmişdi ki, 2019-cu il Azərbaycanın yeni tarixinə sosial tədbirlər dövrü kimi düşəcək:

“Həmişə olduğu kimi, Prezident bu dəfə də sözünün sahibi oldu. İlin ilk rübündə demək olar bütün sahələrdə əməkhaqları, eləcə də sosial müavinətlər və ödənişlər artırıldı. Ən əsası, ölkə üzrə minimum əməkhaqqı 180 manat müəyyən edildi ki, bu da 40 faiz artım demək idi. 40 faizlik artım eyni zamanda minimum pensiyanı əhatə etdi. Ölkə üzrə minimum pensiyanın məbləği 116 manatdan 160 manata yüksəldildi”.

Müəllif qeyd edib ki, prezidentin son sərəncamları ilə minimum əməkhaqqı 180 manatdan 250 manata qaldırılıb, habelə bəzi sahələrdə maaşlar 20-50 faiz arasında yüksəldilib. Yazı bu cumləylə də başa çatır:

“Növbəti paket həm də əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir göstərəcək ki, bu da dolayısı ilə ölkədə iqtisadi aktivliyin artmasına imkan verəcək”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG