Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 15:06

Müəllimlərin maaşı 20, polislərinki isə 40 faiz artırılır...


Manat
Manat

Prezident İlham Əliyev iyunun 18-də bir sira sahələr üzrə də əməkhaqqlarını artırıb.

Dövlət başçısının sərəncamı ilə dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmalıdır.

Bundan başqa, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin də əməkhaqqısı eyni vaxtdan orta hesabla 20 faiz artırılacaq.

Prezidentin başqa bir sərəncamı isə Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılmasından bəhs edilir.

Habelə, Nazirlər Kabinetinə tapşırılır ki, Maliyyə Nazirliyinin təklifləri əsasında Xüsusi Dövlət Mühafizə Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə bağlı təkliflərini beş gün müddətində Azərbaycan Prezidentinə təqdim etsin və bu sərəncamdan irəli gələn məsələləri həll etsin. Bu sərəncam da sentyabrın 1-dən qüvvəyə minir.

Prezidetin başqa bir sərəncamı ilə də Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşları da orta hesabla 40 faiz həcmində artırılıb.

Yenə Nazirlər Kabineti Maliyyə Nazirliyinin təklifləri əsasında Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə bağlı təkliflərini beş günə hazırlayıb Prezidentə təqdim etməlidir. Onların da əməkhaqqları sentyabrın 1-dən artmalıdır.

Vəzifə maaşları orta hesabla qeyd edilən tarixdən 40 faiz artacaq qurumlardan biri də Dövlət Gömrük Komitəsinin işçilərdir.

Söhbət ilk növbədə orada xüsusi rütbəsi olan əməkdaşlardan gedir. Amma Nazirlər Kabineti bu qurumda da dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə bağlı təkliflərini beş gün müddətində prezidentə verməlidir.

Həmçinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) da aylıq pul təminatı vəzifə maaşları orta hesabla 40 faiz həcmində artırılır.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçiləri ilə də bağlı təklif yenə 5 günə prezidentə təqdim edilməlidir. Bu Sərəncam da 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Prezidentin bu gün, iyunun 18-də imzaladığı başqa bir sərəncamı da Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin, Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqındadır. Bu sərəncam da Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə bağlı imzalanan sənəddən fərqlənmir.

Habelə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və dövlət qulluqçusu olmayan mülki işçilərinin də əməkhaqları eyni qaydada və eyni vaxtda artırılmalıdır.

İyunun 18-də eyni qaydada sevinənlər arasına Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəli əməkdaşları və dövlət qulluqçusu olmayan mülki işçiləri də daxil edilib.

Bütün bunlardan başqa, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə (tarif) maaşları artırılır.

Bu sərəncamlarda da artım faizi və vaxtı eynidir. Prezident eyni qaydada Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və bu qurumun dövlət qulluqçusu olmayan mülki işçilərini də unutmayıb.

Eyni çəkili daha bir prezident sərəncamı isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçusu olmayan mülki işçiləri haqqındadır.

Dövlət başçısı Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçusu olmayan mülki işçilərini də unutmayıb.

Onların da əməkhaqqları eyni tarixdə, eyni faizlə artcaq.

Xatırlatma

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı fərmanla Azərbaycanda minimum əməkhaqqı da sentyabrın 1-dən 180 manatdan 250 manata qaldırılıb.

XS
SM
MD
LG