Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:09

4 min adamın maaşı 600 min nəfərə toplam yardımdan çox olub


Manat
Manat

Dörd min 626 nəfər 8 min manatdan çox maaş alıb

Azərbaycanda özəl sektorda (neft-qaz sənayesini çıxmaqla) çalışan və maaşı 8 min manatı aşan şəxslərin sayı 4 min 626 nəfər olub. Hesablama Palatasının ötən ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata rəyində belə yazılıb. Maraqlıdır ki, pandemiya ilində həmin şəxslərin ümumi gəlirləri azalmayıb, əksinə, artıb. Məsələn, 2019-cu ildə 8 min manatdan çox əməkhaqqı alanların orta aylıq gəliri 11 min 100 manat olmuşdusa, ötən il bu göstərici 13 min 100 manata yüksəlib. Başqa sözlə, 2019-cu ildə həmin 4 min 626 nəfərə toplam 616 milyon manat, 2020-ci ildə isə 727 milyon manat əməkhaqqı ödənilib. Bu şəxslər 24 milyon manat gəlir vergisi ödəyiblər.

Ötən ilin sonunda təxminən 749 min nəfər dövlətdən və neftdənkənar sektorlarda çalışıb. Həmin şəxslərin illik gəliri 6 milyard 270 milyon manata yaxın səviyyədə olub. Bu o deməkdir ki, əməkhaqqı fondunun 11.6 faizi işçilərin cəmi 0.6 faizinə çatıb.

190 manatla kifayətlənənlər

Palatanın rəyində ötən il 190 manatlıq birdəfəlik ödəniş alanlarla bağlı bilgilərə də toxunulub. Məlum olub ki, ötən il ərzində 190 manatlıq ödənişlərlə bağlı bütövlükdə 448 milyon manat xərclənib. Yəni, 4 min 600 nəfərin bir ildəki əməkhaqqı hökumətin 600 min insana il ərzindəki yardımından təxminən iki dəfə çox olub.

Cədvəl: 190 manat məbləğində birdəfəlik ödəmənin gerçəkləşdirildiyi aylar və ödəmə ilə təmin edilmiş şəxslər barədə məlumat

Ay

190 manat ödəniş alanların sayı

Sərf edilən toplam vəsait (manatla)

Aprel

600 min

114 milyon 339 min

May

585 min 497

111 milyon 633 min

İyun-İyul

282 min 808

53 milyon 921 min

Avqust

271 min 668

51 milyon 797 min

Noyabr

96 min 587

18 milyon 415 min

Dekabr

512 min 206

97 milyon 659 min

Cəmi

2 milyon 348 min

447 milyon 827 min

Cədvəldən göründüyü kimi, yalnız ötən ilin aprelində 600 min insan 190 manatlıq birdəfəlik ödənişlə təmin edilib. Digər dövrlərdə ödəniş xüsusi karantin rejiminin tətbiq olunduğu ərazilər üzrə aparılıb.

Palata birdəfəlik ödənişlərin tətbiqində bəlli çatışmazlıqların da olması qənaətindədir. Qurumun rəyində qeyd edilir ki, koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı birdəfəlik ödəmənin ailələrə deyil, yalnız işsiz kimi qeydiyyata alınmış şəxsə ünvanlanması bu hüququn formalaşdırılması zamanı ailə gəlirlərinin nəzərə alınmamasına səbəb olub. "Koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən, birdəfəlik ödəmənin ünvanlılığı ailəyə deyil, konkret fərdə, yəni işsiz kimi qeydiyyata alınmış şəxsə aid edilib.

Həmin qaydalarda ailə üzvləri deyərkən, əsasən, ər və ya arvad nəzərdə tutulub və yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin birdəfəlik ödəmə almaq hüquqlarının olmadığı qeyd edilib. Digər hallarda ailənin yaşı 18-i aşan digər üzvlərinin mövcud şərtlər daxilində işsiz kimi qeydiyyata alınmaqla, ödəmə ilə təmin hüququnun olduğu vurğulanıb.

Ancaq birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin birgə yaşadığı ailənin toplam gəlirlərinin nəzərə alınmaması ailənin toplam gəlirinin yaşayış minimumunu aşması halında da sözügedən ödənişlərə əsas verib. Bundan müraciət edərək işsiz kimi qeydiyyata alınmış şəxslər faydalanıblar. Halbuki yaşayış minimumu ailənin toplam gəlirlərinin ailə üzvlərinin sayına nisbəti əsasında müəyyənləşdirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG