Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:00

Evdən çox işləməyin effekti varmı – Qərb mediası


Ukraynada şəhər komissiyasının iclası, arxiv fotosu
Ukraynada şəhər komissiyasının iclası, arxiv fotosu

İşçilər artıq iş saatları üçün əlavə pul da almayıblar. Doğrudur, onlar nəqliyyata vaxt sərf etməyiblər, amma iclaslarda keçən saatlara görə onlara kompensasiya verilməyib

Dünyanın bir sıra ölkələrində pandemiya qadağaları qaldırıldıqca, işçilər ofislərə qayıdır, həftədə azı 2-3 gün ofisə gedirlər. İstənilən halda, tam evdən işləmək ənənəsi başa çatır. “The Economist” evdən işləməyin səmərəsi üzrə dəyərləndirmələrin aparıldığını yazır.

Dərgi yazır ki, ilkin dövrlərdə aparılmış sorğular məsafədən işin elə də məhsuldar olmadığını üzə çıxarıb. Amma Asiyanın bir texnologiya şirkətinin 10 mindən çox əməkdaşını əhatələyən yeni araşdırma başqa mənzərə ortaya qoyub.

Araşdırma işçilərin məsafədən daha çox işlədiyini göstərib. Pandemiyadan öncəki dövrlə müqayisədə 30 faiz daha çox ümumi iş saatı qeydə alınıb. Ancaq əlavə iş saatları istehsalda artıma səbəb olmayıb. Saatbaşına istehsal 20 faiz azalıb.

Səbəblər

Bunun səbəbləri də maraqlıdır. Akademiklər işçilərin müxtəlif iclaslara və konkret zənglərə və elektron yazışmalara nə qədər vaxt ayırdığını təhlil ediblər. Məlum olub ki, daha uzun iş saatlarına baxmayaraq, işçilər pandemiyadan öncəylə müqayisədə işə daha az fokuslanıblar. Onların işə sərf etdikləri əlavə vaxt əslində, iclaslara gedibmiş

Digər tərəfdən, işçilər artıq iş saatları üçün əlavə pul da almayıblar. Doğrudur, onlar nəqliyyata vaxt sərf etməyiblər, amma iclaslarda keçən saatlara görə onlara kompensasiya verilməyib.

2019-cu ilin dekabrında Çində aşkarlanmış yeni növ koronavirus dünyada 3 milyon 700 mindən çox insanın həyatına son qoyub. Aşkarlanmış yoluxma sayı 175 milyona yaxındır.

Azərbaycan da mayın sonundan pandemiya qadağalarını tədricən qaldırmağa başlayıb. Rəsmi məlumata görə, indiyədək ölkədə ümumilikdə 335 minə yaxın yoluxma faktı müəyyən edilib, 4 min 951 nəfər vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG