Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

Mənzil fırıldağının növbəti qurbanları


Tikinti
Tikinti

Tikinti şirkətlərindən binanın inşası davam edə-edə daha ucuz qiymətə ev almaq istərkən əlindəki pulu da itirən yüzlərlə vətəndaş var. Onlar sonradan illərlə prokurorluq və məhkəmə qapılarında qalsalar da, çox az hissəsi pulunu geri ala bilir. Baxmayaraq ki, belə faktlar yetərincədir, amma yenə də bu yolla ev sahibi olmaq istəyib, nəticədə aldanan insanlar var.

İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu qəbildən olan daha bir cinayət işi üzrə nəticə açıqlanıb. Hökmə əsasən, «İdeal-V» tikinti şirkətinin direktoru Çingiz Məmmədova 10 il, şirkətin təsisçisi, həm də faktiki rəhbəri İsa Məmmədova isə 11 il həbs cəzası verilib. Onlar CM-nin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə təqsirli bilinib.

Onlar şirkətin paytaxtda, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə (metronun «28 May» stansiyasının qarşısında) inşa etdiyi çoxmərtəbəli binadakı eyni mənzilləri bir neçə nəfərə satmaqda suçlanırlar.

Necə eləyəsən ki, mənzil alanda aldanmayasan? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Bir mənzili dörd dəfə satıblar

Bu işdə 16 nəfər zərərçəkmiş var, onlara ümumilikdə 3 milyon 206 min 310 manat ziyan dəydiyi bildirilir.

«Həmin binadan ev almaq üçün şirkətə getdim, Rasim adlı şəxs məni qarşıladı. O vaxt satışda mənzil olmadığını dedi. Bir müddət sonra Rasim zəng elədi ki, satışda ev var, amma başqasınındır. Gəlib danışdıq, razılaşdıq. Sonra o, məni Xətai rayonunda İsa Məmmədovla Çingiz Məmmədovun yanına göndərdi. Atamla birlikdə gedib, 211 min manat verdik, alqı-satqı da elədik. Amma o evin sahibinin kim olduğunu bilmədim. Çünki demədilər. 2017-ci ilin yayında məlum oldu ki, mənim aldığım mənzili də başqasına satıblar», – zərərçəkmiş Ceyhun Əliyevin sözləridir.

Təqsirləndirilən İ.Məmmədov da onun söylədiklərinin doğru olduğunu təsdiqləyib.

Cinayət işinin materiallarında yazılıb ki, Fərid Əsədovun 189 minə aldığı ev sonradan 315 min manata Şövqi Səfərova, 81 min manata aldığı ev isə 117 min manata Sevinc Topçubaşovaya, Adil Baxşəliyevin 72 min manata aldığı ev 120 min manata Xanbuta İbadullayevaya, Fuad Nəzərovun 80 min manata aldığı ev 150 min manata İlqar Şabanova və s. satılıb.

İttihama əsasən, elə mənzillər var ki, təqsirləndirilən şəxslər onları 3 dəfə sataraq, dəyərinin 4 qatında pul qazanıblar.

Məsuliyyətə cəlb olunan şəxslər özlərini qismən təqsirli biliblər.

XS
SM
MD
LG