Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 04:29

Mənzil arzulayanlar 'qocalır'


Bina
Bina

«Son aylar mənzil bazarında qiymət artımı müşahidə edilir və tələb çoxalır. Amma bu, heç də tələbin reallaşacağı anlamına gəlmir».

Bunu «MBA-Konsaltinq» şirkətinin rəhbəri Nüsrət İbrahimov ölkənin mənzil bazarına dair dəyərləndirməsində bildirib. Onun sözlərinə görə, xüsusilə paytaxt Bakıda vətəndaşların mənzil almağa güclü tələbi var: «Bir tərəfdən əhalinin real gəlirləri mənzil bazarının tələbləri ilə üst-üstə düşmür, digər tərəfdən isə zahirən paytaxtda tikinti gözümüzə çox görünsə də, əslində onun həcmi olduqca azdır. Bir də real gəlirlər o qədər azdır ki, mənzil almaq üçün yaş həddi daha da qocalığa doğru gedir».

N.İbrahimlinin fikrincə, mənzil tikintisinin həcmini azaldan daha bir neçə səbəb var: «Bu səbəblərdən biri ölkədə tikinti aparan şirkətlərin tam qaz, işıq, su, kanalizasiya təminatına cavab verməməsidir. Bəzən elə olur ki, şirkətlər belə tələblərə cavab vermədikləri üçün tikinti aparmaqdan yayınırlar».

N.İbrahimova görə, daha bir mühüm səbəb ölkənin bir sıra maliyyə institutlarının müasir tələblərə cavab verə bilməməsidir: «Tutaq ki, şirkət belə tikinti aparmağa hazırdır, görək ölkənin maliyyə institutları da buna hazırdırmı? Verilən kreditlər, onun şərt və tələbləri tikinti şirkətlərini nə qədər razı salır? Tələb olunan məbləğdə, əlverişli şərtlərlə kredit verilirmi?».

Ekspert hesab edir ki, belə problemlər tikintinin həcmini azaldır. Onun fikrincə, real gəlirlərin azlığı isə bir çox insanların mənzil almaq arzusunu gerçəkləşdirməyə imkan vermir.

XS
SM
MD
LG