Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:56

Xaricdə ola-ola Azərbaycanda 'qaydanı pozub'


DYP
DYP

Gəncə sakini Müşfiq Həsənov deyir ki, Azərbaycanda olmadığı, heç bir qaydanı pozmadığı halda polis ona cərimə yazıb. M.Həsənovun sözlərinə görə, ölkəyə qayıdandan sonra ona məlum olub ki, ondan törətmədiyi qanun pozuntusuna görə pul tələb olunur: "Mən xarici ölkədə olduğum zaman polis burada haqqımda protokol tərtib edib, cərimə qərarı çıxarıb ki, guya mən qayda-qanunu pozmuşam".

Bu üzdən M.Həsənov haqqındakı qərarın ləğvi üçün aylarla polis orqanlarına, məhkəmələrə gedib-gəlmək məcburiyyətində qalıb.

40 manat cərimə

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti Alayının qərarında iddia olunur ki, M.Həsənov ötən il dekabrın 22-də axşam saat 20:44-də Bakı-Qazax yolunun 262.6-cı kilometrliyində qaydanı pozub. O, yol nişanlarının tələblərinə riayət etməyib, buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə 40 manat cərimə yazılıb.

Şikayətə baxmayaraq, yol polisi bu qərarı dəyişmək istəməyib. Ona görə də M.Əhmədov məhkəməyə üz tutub. O, qərarın ləğvi, iş üzrə icraata xitam verilməsi ilə yanaşı, haqqında protokolu tərtib etmiş polis əməkdaşının da cəzalandırılmasını istəyib. Gəncənin Nizami Rayon Məhkəməsi onun şikayətini qismən təmin edib - qərar ləğv olunub və iş yenidən araşdırılmaqdan ötrü BDYPİ-nə göndərilib.

M.Əhmədov fevral ayında verilən bu qərarla razılaşmayıb və Gəncə Apellyasiya Məhkəməsinə şikayət edib. Pandemiya ilə əlaqədar məhkəmə prosesləri təxirə salındığından onun apellyasiya şikayətinə iyunun 20-də baxılıb.

M.Əhmədov deyir ki, məhkəməyə pasportunu, oradakı ölkəyə giriş-çıxış tarixlərini təsdiqləyən möhürləri də təqdim edib. Buradan görünür ki, o, dekabrın 14-də Azərbaycandan gedib, bir də dekabrın 24-də qayıdıb. Yəni, inzibati xətaya dair protokolda göstərilən tarixdə ölkədə olmayıb.

Bu işə Gəncə Apellyasiya Məhkəməsində baxılanda BDYPİ-nə xəbər verilsə də, idarədən heç kim prosesdə iştirak etməyib. Məhkəməyə yazılı etiraz da göndərilməyib.

Gəncə Apellyasiya Məhkəməsi də M.Əhmədovun şikayətini qismən təmin edib. Onun cərimələnməsi haqda qərar ləğv olunsa da, hakimlər sözügedən qərarı çıxarmış polis əməkdaşının cəzalandırılmasını məqsədəuyğun saymayıb.

XS
SM
MD
LG