Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Məmurlara xarici mülkləri qadağan edən təklif keçmədi


İspaniyada Rusiya deputatı Vladislav Reznikə aid edilən mülk
İspaniyada Rusiya deputatı Vladislav Reznikə aid edilən mülk

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiya Konstitusiyasına məmurların xaricdə daşınmaz əmlaka malik olmasını qadağan edən düzəliş təklifi geri götürülüb.

Rəsmilər Vedomosti qəzetinə bildiriblər ki, bu düzəliş səsvermədən keçsə idi, onlarca məmur və dövlət qulluqçusu vəzifəsindən istefa etməli idi.

Ötən yanvarda Federasiya Şurasında etdiyi çıxış zamanı prezident Vladimir Putin məmurlara xarici vətəndaşlığı və xaricdə bank hesablarına malik olmağı qadağan edən maddənin Konstitusiyada təsbit olunmasını təklif etmişdi. O daşınmaz əmlak məsələsinə toxunmamışdı.

Bu məmurların sırasına dövlət qulluqçıları, millət vəkilləri və prezidentin özü daxil edilməli idi.

Dövlət Dumasının kommunist partiyasından və Vahid Rusiya fraksiyasından olan iki deputatı bu maddəyə məmurlara xaricdə daşınmaz əmlaka malik olmağı qadağan edən müddəanın əlavə edilməsini təklif etmişdilər.

Bu təklif rədd edilib.

Vedomosti qəzetinə danışan rəsmi deyib ki, belə bir qadağanın gələcəkdə qanunvericiliyə daxil edilməsi mümkündür, amma bunu indi etmək olmaz:

"Xarici daşınmaz əmlak hələki qalır. Çünki hazırda çox sayda siyasətçi və məmurun xarici ölkələrdə mülkləri var”.

Mövcud qanunlar məmurlara və deputatlara xaricdə mülk almaq icazəsi verir, ancaq onlar bu barədə bəyannamə verməlidirlər.

Buna baxmayaraq antikorrupsiya fəalları Rusiya vəzifəlilərinin və məmurlarının xaricdə bəyan edilməmiş yeni-yeni mülklərini aşkar edirlər.

2018-ci ilin məlumatına görə xaricdə mülkü olan və ya ev kirayələyən 35 deputat və ya onların yaxın qohumları var idi.

Yüksək vəzifəli məmurlar xaricdəki daşınmaz əmlakları barədə bəyannamə verməyiblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG