Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Məhkəmə ABŞ prezidentinin sərəncamını dayandırıb


San Fransisko məhkəməsi prezident Donald Trump-ın ixtisaslı əcnəbi mütəxəssislərə iş vizalarının verilməsinə qoyduğu qadağanı dayandırıb.

The Wall Street Journal qəzetinin yazdığına görə bu qadağanın dayandırılması üçün vəsatəti Milli Sənayeçilər Assosiasiyası, ABŞ Ticarət Palatası, Milli Pərakəndə Satış Federasiyası və TechNet təşkilatı vermişdilər.

Məhkəmə qərarında deyilir ki, Trump bu məsələdə səlahiyyətlərini aşıb, çünki o Konqresin qəbul etdiyi immiqrasiya qanunlarını ləğv etmək ixtiyarına malik deyil.

Prezident xaricilərə viza verilməsinin dayandırlmasına dair sərəncamı ötən iyun ayında vermişdi. Sənəd 2020-ci ilin sonunadək qüvvədə idi.

Ağ Ev administrasiyasının rəhbəri bu sərəncamın verilməsini əsaslandırarkən bildirmişdi ki, ABŞ-da koronavirus pandemiyasına görə işsizlik artıb və bu sərəncam iş yerlərinin qorunub saxlanması üçün verilib.

Ağ Evin o vaxt verdiyi məlumatda deyilirdi ki, bu sərəncama görə Birləşmiş Ştatlarda amerikalılar üçün yarım milyon iş yeri yaranmalıydı.

Trump-ın sərəncamı ABŞ-ın nəhəng şirkətləri tərəfindən pislənmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG