Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Mart, şənbə, Bakı vaxtı 19:26

Məhkəmə Rusiyanı Ukrayna şirkətinin nəfinə 44 milyon dollar cərimə edir


«Укрнафта»

İsveçrənin Ali Məhkəməsi Rusiyanın, Ukraynanın Ukrnafta şirkətinə 44 milyon dollar cərimə ödəməli olduğuna dair qərarını təsdiq edib.

Rusiya tərəfi Krımın ilhaqı ilə Ukrnafta şikətini investiyalardan məhrum etməkdə günahlandırılır.

Bu barədə məlumatı Ukrnafta şirkətinin mətbuat xidməti yayıb.

Bundan əlavə Rusiyadan 155 min İsveçrə frankı məbləğində məhkəmə xərclərini ödəmək tələb edilib.

Beləliklə də, İsveçrənin Ali Məhkəməsi Rusiyanın müraciətini ikinci dəfə rədd edib.

Rusiya rəsmiləri hələlik bu xəbərlərlə bağlı heç bir şərh verməyiblər.

Ötən apreldə Beynəlxalq Arbitraj Məhkəməsi ilhaq edilmiş Krımda Ukrnafta şirkətinin mülkiyyətini milliləşdirdiyinə görə Rusiyadan Ukrayna şirkətinə 50 milyon dollardan çox cərimənin ödənməsini tələb edib.

2019-cu ilin mayında Rusiya tərəfi bu qərardan şikayəti İsveçrə Ali Məhkəməsinə təqdim etmidi.

Ukrnafta Ukraynanın ən böyük neft şirkətidir.

Şirkətin 2015-ci ildə qaldırdığı məhkəmə iddiasında deyilirdi ki, Rusiya Krımın ilhaqı ilə Ukrnaftanın yarımadadakı 16 yanacaqdoldurma məntəqəsi üzərində mülkiyyət hüququnu pozub.

Ukrayna tərəfi bu iddiada Ukrayna Nazirlər Kabineti və Rusiya hökuməti arasında investisiyaların qarşılıqlı qorunmasına dair 1998-ci il tarixli sazişinə əsaslanıb.

XS
SM
MD
LG