Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:55

Məhkəmə Ermənistanın Azərbaycandan şikayətini qüvvədə saxladı


Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsi
Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 16-da bildirib ki, Bakının iradına baxmayaraq Ermənistanın əsirlərlə bağlı Azərbaycandan şikayətini qüvvədə saxlayıb.

AİHM xatırladır ki, sentyabrın 29-da Dağlıq Qarabağda və onun ətrafında münaqişə ilə əlaqədar olaraq özünün 39-cı qaydasına uyğun şəkildə keçid tədbiri barədə qərar qəbul edib.

Lakin Məhkəmə bunu da qeyd edir ki, o Azərbaycana və Ermənistana müraciət edərək onları mülki əhalinin həyat və sağlamlığının risk altında qoyulması da daxil, İnsan Haqları Konvensiyasını poza biləcək tədbirlərdən, xüsusilə də hərbi hərəkətlərdən çəkinməyə çağırıb.

Məhkəmə noyabrın 4-də tərəfləri həmçinin münaqişə zamanı əsir düşənlərin hüquqlarına dair öhdəliklərinə əməl etməyə çağırıb.

AİHM bildirir ki, əsirlərlə bağlı çoxsaylı qərar ricaları daxil olub. Bu ricalar 148 nəfər barədədir. Məhkəmə bildirir ki, müraciətlər ya Azərbaycan və Ermənistan hökumətləri, ya da əsirlərin yaxınları tərəfindən verilib.

AİHM sözü gedən bütün hallarla bağlı informasiya üçün aidiyyəti hökumətlərə müraciət edib.

Bu müraciətlər əsirlərə, onların saxlandığı şəraitə, aldıqları tibbi müalicəyə və əsirlərin dəyişdirilməsinə aid olub.

AİHM bunu da bildirir ki, tətbiq olunan keçid tədbiri yalnız müvafiq hökumət, tələb olunan informasiyaları tam şəkildə verdikdə dayandırılır.

Qırmızı Xaç məhkəmə deyil

AİHM-in məlumatında deyilir ki, Azərbaycan hökuməti dekabrın 3-də müraciət edərək keçid tədbiri üzrə prosedurların, şikayətçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edənədək dayandırılmasını rica edib.

Azərbaycan tərəfi bildirirdi ki, qaldırılan məsələlər tamamilə beynəlxalq humanitar qanunların yurisdiksiyasına düşür və bəzi şikayətçilər əsirlərin həyatına real təhlükə olduğunu lazımınca əsaslandıra bilməyiblər.

Bundan sonra Azərbaycan habelə ona qarşı keçid tədbirlərinin atəşkəs razılaşmasının imzalanması ilə bağlı dayandırılmasını rica edib. Lakin buna cavab olaraq Ermənistan tərəfi AİHM-dən Bakının ricasının rədd edilməsini istəyib.

AİHM bildirir ki, Azərbaycanın müraciətinə dekabrın 15-də baxılıb. Bu da vurğulanır ki, Azərbaycanda əsirlərlə pis rəftar edildiyinə dair çox sayda şikayətlər daxil olub və daxil olmaqda davam edir.

Azərbaycan dekabrın 14-də Ermənistana 44 əsir verib
Azərbaycan dekabrın 14-də Ermənistana 44 əsir verib

Məhkəmənin dediyinə görə, Azərbaycan hökuməti çox vaxt bu şikayətlərlə bağlı məlumat verməyib.

Bu da qeyd olunur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət imkanının verilməsi ərizəçiləri AİHM-ə müraciətdən məhrum edə bilməz.

Məhkəmə Azərbaycan və Ermənistan arasında dekabrın 14-də həyata keçirilmiş əsir dəyişdirilməsini alqışladığını bildirir.

Buna baxmayaraq AİHM 39-cu maddəyə uyğun olaraq Azərbaycan hökumətinin ricasını rədd edib və keçid tədbirini qüvvədə saxlayıb.

Məlumatın sonunda qeyd olunur ki, AİHM Azərbaycanı və Ermənistanı İnsan Haqları Konvensiyasından doğan öhdəliklərinə əməl etməyə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG