Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:16

Məhkəmə Ermənistanın Türkiyədən şikayətinə baxıb


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə görə Türkiyəyə qarşı şikayətinə baxıb.

Yerevan məhkəməyə oktyabrın 4-də müraciət etmişdi.

Ermənistanın şikayətinə oktyabrın 6-da yeddi hakimdən ibarət palata baxıb.

Məhkəmə qərarında deyilir ki, AİHM sentyabrın 29-da Azərbaycan və Ermənistana müraciət edərək onları beynəlxalq Konvensiyaya zidd olan, mülki əhalinin həyatını risk altında qoyan hərbi əməliyyatlardan çəkinməyə çağırmışdı.

Münaqişənin eskalasiyasını nəzərə alan məhkəmə keçid tədbirlər qaydalarının 391-ci maddəsini tətbiq edib.

Bu qərarla məhkəmə münaqişə ilə birbaşa və Türkiyə də daxil, dolayısı ilə bağlı olan Bütün tərəfləri mülki əhalinin haqlarına dair Konvensiyanı pozan hərəkətlərdən çəkinməyə çağırıb.

391-ci qaydaya görə məhkəmə Avropa İnsan Haqları Konvensiyasının üzvü olan hər hansı dövlətə qarşı keçid tədbirlərə əl ata bilər.

Bu da qeyd olunur ki, keçid tədbirlər yalnız insan həyatına birbaşa risk olduqda tətbiq oluna bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG