Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Məhkəmə Britaniya parlamentinin dayandırılmasını qanunsuz sayır


Anti-Breksit etirazçısı parlamentin yaxınlığında
Anti-Breksit etirazçısı parlamentin yaxınlığında

Şotlandiyanın ali apellyasiya məhkəməsi Britaniya parlamentinin proroqasiya edilməsinin və ya fəaliyyətinin oktyabrın 14-dək dayandırılmasının qanunsuz olduğu barədə hökm verib.

Britaniyaya Avropa İttifaqından çıxması üçün verilmiş möhlətə - oktyabrın 31-ə yeddi həftə qaldığı bir vaxtda parlament və hökumət arasında Breksitə görə qarşıdurma davam edir.

Britaniya parlamentinin fəaliyyəti hökumətin qərarı ilə sentyabrın 10-dan dayandırılıb.

Baş nazirin qərarına qarşı məhkəmə iddiasını qaldıran Şotlandiya Milli Partiyasının millət vəkili Joanna Cherry deyib ki, parlamentin işi dərhal bərpa olunmalı və proroqasiya ləğv edilməlidir.

Hökumət bildirib ki, Şotlandiya ali apellyasiya məhkəməsinin qərarından Birləşmiş Krallığın ən yüksək məhkəmə instansiyası olan Ali Məhkəməyə şikayət edəcək.

Müxalifət və başqa tənqidçilər baş nazir Boris Johnson-un qərarını avtoritarlığın təzahürü adlandırırlar.

Reuters yazır ki, baş nazirin Facebook-la canlı yayımı zamanı tamaşaçılardan biri ona sual verib: “Özümüzdə yaradılan avtoritarlığın Avropa İttifaqı hakimiyyətindən nəyi yaxşıdır?”

Boris Johnson bu suala cavab verərkən deyib ki, onun hökuməti avtoritar deyil, sadəcə olaraq 2016-cı il referendumunun nəticəsini icra etməyə çalışır.

Tənqidçilər bildirirlər ki, Boris Johnson parlamentin bağlanmasından ölkəni Avropa İttifaqından heç bir saziş olmadan çıxarmaq üçün istifadə etməyə çalışır.

Məhkəməyə təqdim edilmiş sənədlərdən birində görünürdü ki, Johnson bu barədə kraliçaya rəsmən müraciət etməzdən çox əvvəl parlamentin bağlanmasını planlaşdırıb.

Mühafizəkarlar partiyasından xaric edilmiş 21 millət vəkilindən biri, Dominic Grieve deyib ki, Johnson kraliçaya yalan məlumat veribsə, istefaya getməlidir.

Britaniya məhkəmə siteminə daxil olan Şotlandiya ali apellyasiya məhkəməsinin qərarında deyilir ki, proroqasiyadan başlıca məqsəd parlamentin susdurulması olub.

Ötən həftə İngiltərə və Uelsin Ali Məhkəməsi kampaniyaçıların eyni şikayətini qəbul etməkdən imtina etmişdi.

Məhkəmə bildirmişdi ki, bu, hüquqi yox, siyasi məsələdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG