Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:42

Məhbus doğmaları yenə də ABŞ səfirliyinə üz tutdular


Fevralın 19-da hazırda həbsdə olan bəzi məhbusların yaxınları Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin yaxınlığında etiraz aksiyası keçiriblər.

Onlar Xebermen.com saytının təsisçisi Polad Aslanovun xanımı Gülmirə Aslanova, Azel.tv saytının rəhbəri Əfqan Sadıqovun xanımı Sevinc Sadıqova və başqaları olub.

Aksiya iştirakçıları əllərində həbs olunmuş şəxslərin şəkillərini və plakatlar tutaraq Azərbaycan hakimiyyətindən bütün siyasi məhbus sayılan şəxslərin azad edilməsini tələb ediblər.

Etirazçılar deyiblər ki, ABŞ səfirliyinin önünə ona görə toplaşıblar ki, bu məsələləri onların da diqqətinə çatdırsınlar.

Aksiya iştirakçıları bildiriblər ki, Novruz bayramı ərəfəsində siyasi məhbuslar əfv edilməli və daha sonra da onlara bəraət verilməlidir.Hadisə yerinə gələn polis əməkdaşları aksiyanın qarşısını alıblar.

Saxlanıb buraxılanlar olub

Sevinc Sadıqova və Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Mətanət Mahmarzayevanın saxlandığı bildirilib.

Amma bir müddət sonra həm Sadıqovanın, həm də Mahmarzayevanın sərbəst buraxıldığı açıqlanıb.

Aksiyaya, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma koronavirus pandemiyası ilə bağlı Azərbaycanda ötən ildən kütləvi toplantıların dayandırıldığı açıqlanıb.

Bu aksiya iştirakçıları bundan 10 gün əvvəl də ABŞ səfirliyinin önünə toplaşaraq, bu qurumdan qaldırdıqları məsələnin həllinə kömək umduqlarını vurğulamışdılar.

Xatırlatma

Xebermen.com saytının təsisçisi Polad Aslanov 2019-ci ilin iyununda saxlanıb.

2020-ci il, noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində 16 il həbs cəzası alıb. O, dövlətə xəyanətdə ittiham olunub. Hərçənd, məhkəmədə ittihamı qəbul etməyib.

Əfqan Sadıqov isə 2020-ci ilin mayında həbs edilib. O həmin il noyabrın 3-də 7 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya şikayətindən sonra Sadıqovun cəzası 1 il azaldılıb. O, isə hədə yolu ilə pul tələb etməkdə günahlandırılıb. O da ittihamı qəbul etmir.

Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 civarında siyasi məhbusun olduğunu deyirlər. Amma hökumət orqanları bunu qəbul etmirlər.

Onlar bildirilər ki, Azərbaycanda siyasi məhbus yoxdur, belə siyahıda yer alanlar sırf törətdikləri əmələ görə həbs ediliblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG