Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 12:52

Reportyorlar xəbərdarlıq aldıqlarını deyirlər


Bu gün, fevralın 14-də müxtəlif kütləvi informasiya vasitələri (KİV) ilə əməkdaşlıq edən reportyorlardan Nurlan Cəfəri, Nurlan Qəhrəmanlı, Rafael HüseynzadəƏvəz Hafizlinin Bakı Şəhər Prokurorluğuna çağırılaraq xəbərdarlıq olunduqları bildirilir.

Bu barədə onların özləri məlumat veriblər.

Həmin şəxslərin sözlərinə görə, onlar fevralın 11-də bəzi deputatlığa namizədlərin və onların müşahidəçilərinin Mərkəzi Seçki Komissiyası (MSK) qarşısında keçirdikləri otraq aksiyaya görə, onlara xəbərdarlıq edilib:

"Bizə yazılı xəbərdarlıq verdilər. Yazıblar ki, prokurorluq tərəfindən araşdırma aparılıb və müəyyən olunub ki, fevralın 11-də saat 19 radələrində bir qrup şəxs yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış və nəticə etibarilə nəqliyyatın iflic olmasına, ətrafdakı insanların haqlı narazılığına səbəb olan aksiya keçiriblər.Habelə, orada qeyd edilib ki, sahibkarlıq subyektlərinin iş rejiminə, bütövlükdə ictimai-siyasi asayışın pozulmasına səbəb olmuş qanunsuz aksiyanın qarşısı alınarkən jurnalistlərin peşə fəaliyyətinə zidd olan qeyri-etik hərəkətlər müəyyən olunub, eləcə də polis əməkdaşların fəaliyyətinə qanunsuz müdaxilələrə yol verilib. Bizi bu hərəkətlərdə ittiham edirlər, lakin biz həmin saatda ümumiyyətlə orada olmamışıq, sonra gəlmişik. Biz, bitərəf jurnalistik və aksiyaya müdaxilə etmədən, olan hadisələri çəkirik. Bizi polis əməkdaşları aksiyadan sonra "Semaşko" xəstəxanasının qarşısında təhqir edib, fiziki təzyiq göstəriblər. Bunu araşdırmaqdansa, xəbərdarlıq edirlər”.

Onlar deyib ki, həmin vaxt jurnalistlərdən birinin telefonları, alınıb, hələ də geri qaytarılmayıb:

“Dedilər ki, biz video çəkirik və xaricə ermənipərəst güvvələrə ötürürük. Bu uydurmadan başqa bir şey deyil. Biz bu xəbərdarlığa qol çəkmədik və qanunla araşdırmanı tələb edirik. Biz yenə də peşə fəaliyyətimizi davam etdirəcəyik".

Bu deyilənlərə, hələlik, Bakı Şəhər Prokurorluğundan münasibət almaq mümkün olmayıb.

Fevralın 11-də bəzi deputatlığa namizədlər və onların müşahidçəiləri parlament seçkilərində saxtakarlıqlara yol verildiyini bəyan edərək MSK qarşısında otraq aksiyaya başlamışdılar.

Axşam saatlarında aksiya genişlənib və sonra ona polis müdaxiləsi olub. Daxili İşlər Nazirliyi (DİN) aksiyanın razılaşdırılmadığını əsas göstərərək onu qanunsuz sayıb.

Bəzi deputatlığa namizəd, onların müşahidəçiləri və juranalistlərdən müvəqqəti saxlananlar olub.Saxlananlardan bəziləri bildirib ki, polis onlara fiziki güc tədbiq edib, təhqirlərə məruz qalıblar.

Amma DİN sözçüləri sonradan bu deyilənləri təkzib ediblər.

"Saxlanılanlar arasında döyülənlər var, bir nəfərin qabırğası sındırılıb"
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb.

Bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra 4 dairədə nəticələr ləğv edilib. Hələ də, bir çox şikayətlərə baxılır.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi.

Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.

Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər. Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG