Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:35

Müxalifətin Paşinyana gücü çatacaqmı?


Yerevanda müxalifətin aksiyalarından birində
Yerevanda müxalifətin aksiyalarından birində

Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyanın dekabrın 8-də günortayadək istefası üçün verdiyi ultimatum heç bir nəticə vermədikdən sonra, paytaxt Yerevanda, habelə ölkənin bir sıra başqa şəhərlərində itaətsizlik aksiyaları başlanıb.

Dağlıq Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra Paşinyan istefa çağırışlarına məhəl qoymayıb, əksinə kiçik qruplarla etiraz edən fəallar polis tərəfindən saxlanıb.

Paşinyanı istefaya çağıranların arasında ölkə prezidenti Arsen Sarkisyan və bütün ermənilərin katolikosu da var.

Müxalifət pərakəndədir

Bəs görəsən müxalifət son nəticə etibarilə baş nazirin istefasına nail ola biləcəkmi?

Current Times saytına müsahibəsində Yerevan Mətbuat Klubunun rəhbəri Boris Navasardyan bildirib ki, bu suala birmənalı cavab vermək olmur:

“...Onun istefasını tələb edənlər, Nikol Paşinyanın 2018-ci ilin məxməri inqilabı dövründə malik olduğu qədər dəstəyə malik deyillər. Amma bunu da nəzərə almaq lazımdır ki, ovaxtkı etiraz əhval-ruhiyyəsinin əhəmiyətli hissəsini təkcə Paşinyana dəstək yox, həm də ovaxtkı hakimiyyətin istefasının tələbi təşkil edirdi. Və əgər indiki müxalifət elə bir effektivliklə hakim partiyanın deputatlarına təzyiq göstərə bilsə, Nikol Paşinyanın siyasi komandasının vəziyyəti stabil qalmaya bilər”.

Navasardyan bunu da qeyd edir ki, etirazlar kütləvi olsa da, pərakəndədir:

“Kimlərsə hakimiyyət dəyişikliyi tələb edir, kiminsə öz siyasi ambisiyaları var, əhalinin hansısa hissəsi hakimiyyətdən müharibədə əsir və itkin düşənlərin probleminə daha ciddi münasibət tələb edir. Yəni aksiyalar pərakəndədir və məqsədlər müxtəlifdir”.

Boris Navasardyanın fikrincə müxalifətin bütün bunları vahid etiraz hərəkatına çevirə bilib-bilməyəcəyi hələlik bəlli deyil.

Paşinyana verilən vaxt bitdi,etirazlar başladı
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Hakmiyyət monolitdir

Politoloqun qənaətinə görə hazırda yalnız bunu qətiyyətlə demək olar ki, indiki hakimiyyət kifayət qədər monolitdir:

“Həm də hamı hakimiyyətin konstitusiya yolu ilə, yəni parlamentin qərarı ilə dəyişilməsinə tərəfdardır. Odur ki, hələki vəziyyət qeyri-müəyyəndir. Amma mən deməzdim ki, ultimatum bitəndən sonra Nikol Paşinyanın taleyi həll olunacaq. Bunu demək mübaliğə olardı”.

Navasardyan müxalifətin Vətənin Xilası Koalisiyasının baş nazirliyə irəli sürdüyü namizəd – keçmiş baş nazir Vazgen Manukyan barədə də fikir söyləyib:

“Bu adamın böyük siyasi və dövlət fəaliyyəti təcrübəsi var.Amma söhbət həm də ondan gedir ki, onun namzidəliyini, 2018-ci ilin aprel-mayında ictimaiyyət tərəfindən rədd edilmiş siyasi qüvvələr irəli sürüb. Bu, onun şanslarını əhəmiyyətli dərəcədə azaldır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG