Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:25

Ermənistan iqtidarı: Müxalifət seçki istəmirsə...


Lena Nazaryan
Lena Nazaryan

Əgər müxalifət növbədənkənar seçki istəmirsə, deməli növbəti seçki olacaq.

AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə bunu dekabrın 31-də ölkə Milli Məclisinin vitse-spikeri, hakim “Mənim addımım” fraksiyasının üzvü Lena Nazaryan deyib.

Ermənistanda müxalifətin onlarca partiyası baş nazir Nikol Paşinyan istefa vermədən parlament seçkisinin keçirilməsinə qarşı çıxır.

Müxalifət baş naziri Qarabağ müharibəsindəki məğlubiyyətdə ittiham edir.

Müxalifət bildirir ki, Nikol Paşinyan istefaya getməli, baş nazir vəzifəsinə müxalifətin “keçid namizədi” təyin edilməli və növbəti seçkini də o keçirməlidir.

Nikol Paşinyan növbədənkənar parlament seçkisinin keçirilməsinə tərəfdar olduğunu bildirsə də, deyib ki, seçkinin keçirilməsi üçün onun istefa verməsinə ehtiyac yoxdur.

Lena Nazaryan yaranmış vəziyyət barədə deyib:

“Onlar növbədənkənar seçki istəmirlər. Nə olar. Onda növbəti seçki olacaq. Bütün hallarda siyasi dəyişikliklər yeni baş nazirin seçkisi yox, ümummilli seçki yolu ilə baş verəcək”.

Bu həftə Ermənistanın baş naziri Nikol Paşinyan öz təşəbbüsü ilə parlamentdəki müxalifət fraksiyaları ilə danışıqlar keçirib.

Paşinyanla müxalifət liderlərinin görüşü nəticə verməyib
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Müxalifət liderləri nə istəyir?

Lakin bu görüşlərdən sonra “Çiçəklənən Ermənistan” və “Maarifləndirilmiş Ermənistan” fraksiyalarının rəhbərləri Qagik TsarukyanEdmon Marukyan deyiblər ki, onlar növbədənkənar parlament seçkisinin yalnız Paşinyanın istefa verdiyi təqdirdə keçirilməsinə razıdırlar.

Parlamentin vitse-spikeri deyib ki, bunlar son görüşlər deyil və böhrandan çıxış yollarının axtarışı davam etdiriləcək:

“Bizim məqsədimiz parlament qüvvələri arasında da razıalşmaya gəlməkdir. Düşünürəm ki, iqtidarın qərar qəbul etməsi üçün ona maksimum geniş konsensus lazım olacaq”.

Qarabağ müharibəsi noyabrın 10-da başa çatandan bəri Ermənistanın 16 müxalifət partiyasının “Vətənin xilası” hərəkatı baş nazir Nikol Paşinyanın istefasını tələb edən küçə mitinq və etirazları keçirir.

Müxalifət Paşinyanın istefasını, keçmiş müdafiə naziri Vazgen Manukyanın “müvəqqəti baş nazir” təyin olunmasını tələb edir.

Manukyan bildirib ki, Paşinyanın vəzifəsində qaldığı bir şəraitdə seçki keçirilməsi qan tökülməsi ilə nəticələnə bilər.

Lena Nazaryan bildirib ki, Vazgen Manukyan demokratiyanın əsaslarını sarsıtmaq cəhdlərində davam edir:

“O dünən deyib ki, seçkilər keçirilsə, saxtakarlıq olacaq. Bugün isə deyir ki, seçki keçirilsə qan töküləcək. Başqa sözlərlə o mümkün növbədənkənar seçkinin keçirilməsi üçün lazım olan atmosferi pozur”.

Ziddiyyətli tələblər

Nikol Paşinyan bu yaxınlarda yenicə yaradılmış “Respublika naminə” hərəkatının lideri, millət vəkili Arman Babacanyanla danışqıqlar aparıb.

Babacanyan hesab edir ki, növbədənkənar seçki Paşinyan istefaya getmədən də mümkündür.

Lakin parlamentə daxil olmayan “Vətəndaşın qərarı” partiyasının liderləri Paşinyanla görüşdən sonra deyiblər ki, indiki baş nazirin çox aşağı reytinqi onun bu vəzifədə qalmasına imkan vermir.

Bu partiya da hesab edir ki, Paşinyan istefa verməli və onun yerinə hələki seçkisiz qaydada müvəqqəti baş nazir təyin edilməlidir.

Lakin bu partiyanın lideri Suren Saakyan deyib ki, müvəqqəti baş nazir “Vətənin xilası” hərəkatının üzvü olmamalıdır.

Lena Nazaryan bildirib ki, o baş nazirliyə başqa bir namizədin irəli sürülməsini istisna edir.

Vitse-spiker deyib ki, onlar hakimiyyətə Paşinyanın rəhbərliyi ilə gəliblər və gedəndə də bütün komanda ilə gedəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG