Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 22:14

Müsavatın piketinə razılıq verilməyib


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Gənclər Komitəsinin piketinə razılıq verməyib.

Bu barədə AzadlıqRadiosuna partiyanın mətbuat katibi Mustafa Hacıbəyli məlumat verib.

Onun sözlərinə görə, aksiya İranla Ermənistanın birgə silah istehsalına qarşı keçirilməli idi. Lakin onun qeyd etməsinə görə, BŞİH gənclərə etirazla bağlı İran səfirliyinə yazılı şəkildə müraciəti tövsiyə edərək, aksiyaya razılıq verməyib.

Mustafa Hacıbəyli qeyd edib ki, Müsavat Partiyası cavab məktubunu sərbəst toplaşma hüququnun pozulması kimi qiymətləndirir və Azərbaycan hakimiyyərtindən İranla Ermənistanın birgə silah istehsalına münasibət bildirməsini tələb edir.

Bu açıqlamaya, hələlik, Azərbaycanın rəsmi qurumları və İranın bu ölkədəki səfirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Son vaxtlar Azərbaycan mediasında İran-Ermənistan hərbi əməkdaşlığına aid bir sıra məlumatlar yer alıb.

“Turan” agentliyinin xəbərinə görə, İyunun 25-dən 30-na kimi Rusiya paytaxtı Moskva ətrafı Kubinka qəsəbəsində keçirilən "Ordu" beynəlxalq hərbi-texniki forumunda Ermənistan İranla birgə istehsal edilən Naim-802 radiolokasiya stansiyasını (RLS) nümayiş etdirib.

Xəbərə görə, RLS-dən uçan hədəflərin aşkarlanması, hədəfi məhv etmək məqsədi ilə koordinatların verilməsi üçün istifadə olunur. Naim-802-nin Yerevan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutunda (ERNISS) hazırlandığı bildirilir.

1988-ci ildə başlanan Qarabağ münaqişəsi (silahlı) ilə bağlı Azərbaycan və Ermənistan arasında gərgin münasibətlər hökm sürür.

1994-cü ildə tərəflər arasında imzalanan atəşkəs müqavilsinə qədər Azərbaycan ərazilərinin 20 faizi işğal edilib.

Bu münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib.

ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

XS
SM
MD
LG