Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 09:27

Müxalifət qruplarla Rəsulzadənin abidəsini ziyarət etdi


Respublika günü belə qeyd olundu
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Respublika günü belə qeyd olundu

Milli Şura mayın 28-də Respublika Gününü qeyd etmək üçün Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən abidəsini ziyarət edib.

Polis abidənin önünə çiçək qoymaq üçün yeddi nəfərlik qrupu buraxıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Cümhuriyyət Gününü "ən böyük bayram" adlandırıb.

"Qurucu babalarımız çox çətin vaxtda, kasıblıq, təhsilsizlik şəraitində yoxdan var edərək Azərbaycan dövlətini qurublar. Biz yenidən Azərbaycanda Cümhuriyyəti bərqərar edəcəyik, Cümhuriyyət dəyərlərini yenidən ölkədə hakim edəcəyik. İndiki müvəqqəti çətinliklər keçib gedəcək", - AXCP sədri söyləyib.

Tədbir insidentsiz başa çatıb.

Milli Şura M.Ə.Rəsulzadənin abidəsi önündə. 28 may 2020
Milli Şura M.Ə.Rəsulzadənin abidəsi önündə. 28 may 2020

Müsavatçılar Rəsulzadəni beş-beş ziyarət edirlər

Müsavat Partiyasının liderləri və fəalları Respublika Günü münasibətilə Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi yaxınlığında toplaşırlar. Onlar əllərində üçrəngli bayraqlar, Rəsulzadənin plakatlarını tutublar.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, polis koronavirusa yoluxma ehtimalına görə aksiyaçılardan sosial məsafəni gözləməyi tələb edir. Bundan başqa, Rəsulzadənin abidəsini ziyarət etmək üçün müsavatçılar beş-beş buraxılır. Buna etiraz olaraq fəallar "Müsavat", "Rəsulzadə" şüarları səsləndiriblər.

Müsavatçılar Novxanıda. 28 may 2020
Müsavatçılar Novxanıda. 28 may 2020

Müsavat Partiyasının başqanı Arif Hacılı Cümhuriyyət bayramının vacibliyini qeyd edərkən Azərbaycan hakimiyyətinin bu bayrama qısqanclıqla yanaşdığını deyib: "Biz bu bayramın Azərbaycan Hava Qüvvələrinin təyyarələrinin havaya qalxması ilə qeyd olunmasını təklif etmişdik. Təəssüf ki, hakimiyyət təklifimizi qəbul etməyib və demək olar ki, bugün bayram qeyd edilməyib".

Tədbir insidentsiz başa çatıb.

Müsavatçılar Novxanıda M.Ə.Rəsulzadənin abidəsini ziyarət edirlər. 28 may 2020
Müsavatçılar Novxanıda M.Ə.Rəsulzadənin abidəsini ziyarət edirlər. 28 may 2020

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG