Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:16

İmişlidə müharibə iştirakçıları sosial tələblərlə aksiya keçirib


Müharibə iştirakçılarının İmişlidə etiraz aksiyası. 2 iyun 2021
Müharibə iştirakçılarının İmişlidə etiraz aksiyası. 2 iyun 2021

Bu gün, iyunun 2-də İmişli rayonunda bir qrup müharibə iştirakçısı yerli icra hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Onların sosial problemləri dilə gətirdiyi, süründürməçilikdən, biganəlikdən şikayətləndikləri bildirilir.

Bu barədə AzadlıqRadiosuna etirazçılar özləri məlumat veriblər.

Müşfiq İsmayılov: "Bizi polislə hədələyirlər. Açıq şəkildə deyirlər ki, gedin kimə istəyirsiniz şikayət edin. Bu qədər adam işsizdir. Problemlərimiz başımızdan aşır. Biz cənab prezidentdən xahiş edirik məmur özbaşınalığına son qoysun".

Kamil Zeynalov: "Mən özüm kəllə-beyin travması almışam. Amma dolanmaq üçün bizə işləmək lazımdır. Biz kimdənsə əvəzsiz pul, maddi yardım istəmirik. İstəyirik öz zəhmətimiz hesabına halal çörək qazanaq. Ailələrimiz əziyyət çəkirlər. Aramızda eləsi var ki, yaşı ötür, amma imkansızlığa görə ailə qura bilmir".

'Qul bazarı'na çıxan müharibə iştirakçısı
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Anar Kərimzadə: "Bizə, veteranlara tam laqeyd yanaşma var. Dəfələrlə dövlət orqanlarına müraciət etmişik. Müharibədən bəri iş tapa, evimizə çörək apara bilmirik. Nə bizə torpaq verirlər, nə də özünüməşğulluq proqramı ilə mal-material".

Cavidan Bəşirov: "Müharibə bitəndən yeddi ay ötüb. Bizə hələ də veteran vəsiqəsi verilməyib. Mən ağciyərimdən güllə yarası almışdım. Dörd ay yataq xəstəsi oldum. Bu müddətdə kimsə gəlib qapımı açmadı, mənimlə, ailəmin çətinlikləri ilə maraqlanmadı. İndi də bizi kimsə aramır, axtarmır. Bizi heç qəbul edən də yoxdur".

Bakıya yürüş cəhdi

İmişli rayon İcra Hakimiyyətində qəbul edilmədiyini deyən müharibə iştirakçıları Bakıya doğru yürüş keçirməyə cəhd edib. Polis İmişli şəhərinin hüdudlarında etirazçıların qarşısını kəsib.

Qarabağ müharibəsi iştirakçısı çarəsizlikdən ağlayır
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Rəsmilər nə deyir?

Bu məsələyə, hələlik, İmişli rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilmişdi ki, İkinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin ailələrinə, yaralılara özünüməşğulluq proqramı çərçivəsində də sosial dəstək göstərilir: "Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 1700-dən çox şəxs növbədənkənar olmaqla, özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əmək haqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər".

Özünüməşğulluq proqramında vətəndaşlar, əsasən, dövlət hesabına iri- və xırdabuynuzlu mal-qara ilə təmin edilirlər.

"Yüz minlik maşınlarda otururlar, yuxarıdan aşağı baxırlar bizlərə"
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Xatırlatma

2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Həmin döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçu itirdiyi, minlərlə şəxsin isə yaralandığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG