Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:11

Müdafiə naziri Moskvaya yola düşüb


Zakir Həsənov
Zakir Həsənov

Bu gün, avqustun 2-də Azərbaycan Müdafiə naziri Zakir Həsənov Rusiya Federasiyasından olan həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, səfər çərçivəsində müdafiə naziri avqustun 3-də “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və “Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdəki çıxışını izləyəcək.

Bu oyunların avqustun 17-də başa çatacağı gözlənir.Ordu oyunlarına bir sıra iştirakçı olkələrdə təşkil edilən müsabiqələrin daxil olduğu bildirilir.

Bu oyunlara Moskva ev sahibliyi edir. Belə ilk oyunlar 2015-ci ildə təşkil edilib. Oyunlarda bir sıra ölkələr iştirak edir.

XS
SM
MD
LG