Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:29

Müasir Azərbaycanın daha bir problemi: Adını yaza bilməyənlər var


Bakıda polis marafonla yürüşü səhv salır?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Bakıda polis marafonla yürüşü səhv salır?

Adını yaza bilməyən Azərbaycan əsgəri

Azərbaycan hökuməti ölkədə savadsızlıq problemini həll etdiyini bəyan etsə də, ölkədə müxtəlif səbəblərdən məktəbə gedə bilməyənlər var.

Onlardan biri, Şüvəlan sakini 21 yaşlı Elvin Əlibəylidir. O, deyir ki, ikinci sinifdən sonra məktəbə getməyib. Ailəsinə maddi dəstək ola bilmək üçün uşaq vaxtından müxtəlif işlərdə çalışıb. Əsgər çağırılanda isə öz adını belə doğru yaza bilmirmiş. 18 aylıq hərbi xidməti zamanı əsgər yoldaşları ona yazıb, oxumağı öyrəməkdə kömək olublar. İndi sözləri hecalara bölə-bölə oxuya, bilir:

“İkinci sinifdən başlamışam işləməyə, evə çörək pulu qazanmağa çalışmışam. 18 yaşına kimi müxtəlif işlərdə çalışmışam, sonra Sərhəd qoşunlarında hərbi xidmətimi başa vurub, geri qayıtmışam. Əsgər gedəndə öz adımı güclə yazırdım. Sağ olsun əsgər yoldaşımlarım mənə kömək olurdular”.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, hələ də uşaqların təhsildən yayınması halları qalır. Dediyinə görə onun təşkilatında fəaliyyət göstərən QaynarXətt-ə təkcə 2018-ci ildə təhsil məsələləri ilə bağlı 1900 zəng daxil olub. Bunlardan 800-ə qədəri sırf təhsil haqlarının pozulması ilə bağlıdır:

“Təhsildən yayınma halları çoxdur. Hətta məktəblərdən zəng edirlər ki, hansısa bir uşaq gəlmir. Əvvəlki illərdə daha çox cənub bölgəsindən uşaqların məktəbdən yayınma halları varıydı, indi demək olar ki, hər regionda bu hallar yaşanır. Çünki maddi səbəblərə görə bir çox ailələr Bakıya köçməli olub, onların uşaqlarını məktəbə göndərməkdə müxtəlif problemlər var. Əsas məsələ maddi sıxıntılardır. Əlbəttə, valideynlər istəyir ki, uşaqları oxusun amma kimi patlar ala bilmir, kimi də kitab-dəftərini”.

Yenə də erkən nikahlar

Kəmalə Ağayeva deyir ki, məktəblərə qəbul online aparılmağa başlayandan bəri, paytaxtda kirayədə qalan ailələrdə də ciddi problemlər yaranıb. Çünki onlar ya qeydiyyatda olduğu ərazidə uşağını məktəbə qoya bilərlər, ya da indi faktiki yaşadıqları yerdə qeydiyyata düşməlidirlər. Onun sözlərinə görə, digər önəmli problem də erkən nikahlardır.

Elə təxminən bir ay öncə, “Təmiz Dünya” Təşkilatının sığınacağında qalan, adının çəkilməsini istəməyən bir qadın deyirdi ki, ailəsi onu erkən yaşında ərə verib, özünü isə məktəbə getməyə qoymayıblar:

“Heç vaxt məktəbə getməmişəm. Çünki bizim kənddə qızlar məktəbə getmirdi, ancaq oğlanlar gedirdi. Yaza bilməmək, oxuya bilməmək çox pis şeydir. Bəlkə də mən yazıb, oxumağı bacarsaydım indi belə də olmazdı”.

İndi onun 3 oğlu da imkansızlıq ucbatından məktəbə gedə bilmir. Onun tək arzusu uşaqlarını oxutmaq və uşaqlarına təhsil verə bilməkdir.

Biz Təhsil Nazirliyi ilə bir neçə gün ərzində əlaqə saxlamağa çalışsaq da, rəsmi informasiya sorğusu ilə müraciət etsək də suallarımıza cavab ala bilmədik.

Amma nazirlik bir neçə ilə öncə AzadlıqRadiosuna demişdi ki, onlar imkansız ailələrə maddi yardımlar edir, bu cür ailələrdən olan uşaqların təhsilinə dövlət dəstək verir.

Əli Əhmədov
Əli Əhmədov

Əli Əhmədov deyir ki, problem yoxdur

Azərbaycan hökuməti iyulun 15-də BMT-də ölkədə təhsil və səhiyyənin durumuna dair hesabat üzərində çalışır. Baş nazirin müavini Əli Əhmədov bu günlərdə yerli mediaya deyib ki, hesabat hazırlanarkən aparılan araşdırmalar bir daha göstərib ki, Azərbaycanda bu sahələrdə problem yoxdur:

“Dünyanın bir çox ölkələri üçün çox aktual olan təhsilin inkişafı, səhiyyə sahəsində uğurların əldə olunması problemləri Azərbaycan üçün xarakterik deyil. Çünki Azərbaycanda təhsilin səviyyəsi inkişaf edib, savadsızlıq aradan qaldırılıb”.

Hökumət savadsızlıq probleminin aradan qaldırıldığını bildirir, bəs, sadə vətəndaşlar bu mövzuda nə fikiləşir. Bu mövzuda sadə insanların da fikirlərini eştidirməyə çalışmışıq.

AzadlıqRadiosu Bakı küçələrində sorğu keçirib:

Sizcə, Azərbaycanda yazıb, oxumağı bacarmayan insan varmı?
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Bakı sakinlərinin fikrini eşitdik. Azərbaycanda orta təhsil icbaridir. Azərbaycan Konistutusiyasında hər kəsin təhsil hüququnun təmin olunması vəd olunur. Azərbaycan hökuməti bu öhdəliklərə əməl etdiyini, ölkədə təhsillə bağlı ciddi problemlərin qalmadığını bildirsələr də, hökumətin tənqidçiləri bununla razılaşmır. Hələ də, təshildən yayınma, savadsızlıq kimi problemlərin qaldığını bildirirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG