Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Lukashenko Yeni il qabağı Putinə öz bostanından 4 kisə kartof və sala bağışlayıb


Aleksandr Lukashenko və Vladimir Putin
Aleksandr Lukashenko və Vladimir Putin

Belarus prezidenti Aleksandr Lukashenko, rusiyalı həmkarı Vladimir Putinə Yeni il hədiyəsi kimi öz bostanından 4 kisə kartof, həmçinin sala göndərib.

Bu barədə AzadlıqRadiosunun Rusiya xidməti, Lukashenkonun mətbuat katibi Natalya Eysmonta istinadla xəbər verir.

Onun sözlərinə görə, söhbət “elit sort” kartoflardan gedir.

Hər kisədəki kartof fəqrli sortlardır.

Məlumata görə Lukashenko digər MDB ölkələrinin liderlərinə isə əl işi olan yolka oyuncaqları hədiyyə edib.

Amma Putinin Lukashenkoya nə bağışladığı bəlli deyir.

Belarus liderinin Putinə hədiyyəsi, prezidentlərin dekabrın 29-da Moskva görüşündə bəlli olub.

Bu, son həftə ərzində Rusiya və Belarus prezidentlərinin ikinci görüşüdür.

Putinlə Lukashenko dekabrın 29-da 3 saatdan çox söhbət ediblər.

Amma ötən dəfə olduğu kimi, görüşün nəticələri barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, liderlərin görüşü Rusiya-Belarus münasibətlərinin soyuqlaşması və gələcək tərəfdaşlıq barədə dolaşan müxtəlif şaiyələr fonunda baş verir.

Lukashenko dəfələrlə Moskvanı Belarusa təzyiq göstərməkdə günahlandırıb.

Dekabrda isə açıq məktubla bəyan elədi ki, Moskva faktiki Belarusu suverenliyindən imtina etməyə itələyir.

Qeyd edək ki, bu iki ölkə “İttifaq dövləti”dirlər və tərəflər arasında müvafiq müqavilə də var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG