Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Belarus prezidenti həm Qərbi, həm də Moskvanı tənqid edir


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Belarus prezidenti Alyaksandr Lukaşenka illik müraciətində həm Qərbi, həm də Rusiyanı tənqid edib.

O Qərb ölkələrini “ticarət müharibələri aparmaqda”, Rusiyanı isə öz bazarlarına Belarus mallarını buraxmamaqda günahlandırıb.

Aprelin 24-də televiziya ilə yayınlanan nitqində Lukaşenka Rusiyanı onun ölkəsini “izolyasiya” etməməyə çağırıb, habelə deyib ki, Moskva və Qərb arasında çox gərgin münasibətlər Minskin Avropa İttifaqı və ABŞ-la daha yaxın münasibətlərə can atmasına mane olmayacaq.

Avtoritar lider bildirib ki, “dünyanın daxil olduğu belə çətin vəziyyətdə belaruslar güclərini və birliklərini qorumalıdırlar”.

1994-cü ildən bəri Belarusa rəhbərlik edən Lukaşenko əvvəlki çıxışlarında da həm Qərbi, həm də Moskvanı tənqid etməkdən çəkinməyib.

Lukaşenka deyib: “Özünün proteksionist maraqlarını rəhbər tutan Birləşmiş Ştatlar Çinə ticarət müharibəsi elan edib. Bu yandan da Rusiyaya qarşı geniş sanksiyalar müharibəsi aparır. İndi isə bizim ən yaxın partyorumuz mallarımızın Rusiya bazarlarına girişini bloklayaraq bizimlə süd, ət, şəkər müharibəsi aparır”.

Belarus prezidenti deyib ki, böyük güclərin qarşıdurmasına baxmayaraq Belarus hamı ilə əməkdaşlığa açıq olacaq.

"Bizim Avropa İttifaqı ilə siyasi münasibətlərimizin səviyyəsi yüksəlir, qarşılıqlı iqtisadi münasibətlərmiz isə nəzərəçarpacaqdır. Biz Aİ-nin Şərq Partnyorluğundan maksimum faydalanmağa çalışmalıyıq”.

Odla su arasında

Belarusun avtoritar lideri artıq illərdir ki, həm müttəfiq, həm də təhlıükə saydığı Rusiya ilə Qərb arasında “balanslı siyasət” yürütməyə çalışır.

Belarus 2016-cı ildə çox sayda siyasi məhbusu azad etdikdən sonra Minskin üzərindəki Avropa sanksiyaları qaldırılıb, lakin Brüssel Minski ara-sıra müxalifətə qarşı sərt münasibətinə görə tənqid edir.

Belarus və Rusiya formal olaraq İttifaq Dövlətində birləşiblər, lakin bu birlik əsasən kağız üzərində mövcuddur. Rusiya özü ilə NATO arasında yerləşən Belarusda hərbi mövcuddiyyətini qoruyub saxlamağa can atır.

Belarus Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Ukrayna hökuməti ilə Moskva tərəfindən dəstəklənən separatçılar arasında danışıqlara ev sahibliyi etmiş Lukaşenka, habelə Şərq-Qərb arasında böyük dialoqu qonaqlamaq iddiasında olduğunu dəfələrlə bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG