Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Lukashenka deyir ki, Rusiya Belarusun Qazaxıstandan neft almasına mane olur


Alyaksandr Lukashenka neft ekspertləri ilə görüşdə
Alyaksandr Lukashenka neft ekspertləri ilə görüşdə

Belarus prezidenti Alyaksandr Lukashenka deyib ki, Rusiya onun ölkəsinə Qazaxıstandan neft təchizatını bloklayır.

Belarusun əsas neft təchizatçısı Rusiyadır, lakin son vaxtlar iki ölkə arasında neft rüsumlarına görə mübahisə baş verir.

Lukashenka yanvarın 21-də Minskdə neft ekspertləri ilə görüşündə deyib ki, Belarus iqtisadiyyatının vəziyyəti “getdikcə mürəkkəbləşir” və bu vəziyyətdən çıxış yolu tapılmalıdır:

"Çox qəribədir ki, bizim müttəfiqlərimizdən biri başqa bir müttəfiqdən neft almağımızla razılaşmır. Bu neft təchizatı sahəsində çox qeyri-normal bir haldır və biz bu məsələni həll etməliyik”.

Belarus Qazaxıstan və Rusiya ilə birlikdə Avrasiya İqtisadi İttifaqının əsasını qoymuş ölkədir. Putin bu qurumdan keçmiş sovet respublikaları üzərində nəzarəti əldə saxlamaq və bu ölkələrin NATO və Avropa İttifaqına yaxınlaşmasının qarşısını almaq üçün istifadə edir.

Lukashenka sözü gedən görüşdə daha sonra deyib ki, Rusiya Federasiyasının yeni rüsum siyasətinə görə Belarusun neft emalı zavodlarının xam neftlə təchizatı pisləşir.

Belarus prezidenti əlavə edib ki, Minskin Rusiyanı əsas neft təchizatçısı kimi əvəzləmək üçün alternativi yoxdur.

O bildirib ki, Rusiya nefti Belarus bazarında 30-40 faiz paya malikdir.

Azərbaycana da müraciət edilib

Moskva son vaxtlar Belarusun Rusiyaya inteqrasiyasını gücləndimək məqsədilə Minsk üzəruiinə təzyiq vasitəsi kimi neftdən istifadə edir.

Belarus Rusiyanın enerji təchizatından çox asılıdır və Rusiya enerjisinin Qərbi Avropaya əsas tranzitlərindən biridir.

Yanvarın 14-də Belarusun baş naziri Dzmitry Krutoy demişdi ki, onun ölkəsi neft təchizatı üçün bir neçə Avropa ölkəsinə, o cümlədən Qazaxıstan və Azərbaycana müraciət edib.

Moskva və Minsk Rusiya və Belarus arasında vahid ittifaq dövlətinin yaradılmasına dair müqaviləni 1999-cu ildə imzlayıblar, lakin o vaxtdan bəri bu ittifaq əsasən elə kağız üzərində qlıb.

Putin və Lukashenka arasında keçən ilin sonlarında keçirilmiş görüş nəticəsiz qalıb. Lukashenka bildirib ki, onun ölkəsi heç vaxt Rusiyanın tərkib hissəsi olmağı vəd etməyib.

Ötən ilin dekabrında Belarusda keçirilən etiraz aksiyalarında nümayişçilər Moskva və Minsk arasında davam edən danışıqların məxfiliyini pisləyirdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG