Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Lukashenka Pompeo ilə görüşdən sonra Putinə nə deyəcək?


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

Belarus prezidenti Alyaksandr Lukashenka Rusiya neftinin rüsumlarına dair yaranmış fikir ixtilafını çözmək məqsədilə bu həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini deyib.

Kremlin mətbuat katibi Dmitry Peskov fevralın 4-də təsdiq edib ki, iki lider qarşıdan gələn üç gündə Moskvada görüşməlidir.

Görüş iki ölkə arasında münasibətlərin ən böhranlı zamanlarından birinə təsadüf edir.

Lukashenka Moskvanı onun ölkəsinin Rusiyaya birləşdirilməsi üçün Minskin üzərinə təzyiq göstərməkdə ittiham edib.

Belarus prezidenti “belə bir şeyin heç vaxt olmayacağını” deyib.

“Qoy deməsinlər ki, dünən Pompeo gəlmişdi, sabah da Trump gələr”

Fevralın 1-də ABŞ dövlət katibi Mike Pompeo Minskdə Lukashenka ilə danışıqlar aparmışdı.

O demişdi ki, Vaşinqton Minsklə daha sıx əlaqələrə can atır, lakin Belarusun iki superdövlət arasında seçim etməsinə ehtiyac yoxdur.

Fevralın 4-də Lukashenka deyib:

"Biz Rusiya ilə ədalətli, təmiz və şəffaf bağlar isrtəyirik. Əgər onlar bunu istəmirlərsə, qoy onda bunu bizə desinlər. Sonra haray qaldırmasınlar ki, dünən Pompeo gəlmişdi, sabah da Trump gələcək! Daha sonra Minsk nə edəcək?”

Belarus ucuz neftə və onun iqtisadiyyatına qoyulan milyardlarla dollarlıq dotasiyaya görə Rusiyadan son dərəcə asılıdır.

Lakin Belarusun Rusiya ilə sıx inteqrasiyasına dair söhbətlər minlərlə insanın Minsk küçələrində etirazlara çıxmasına səbəb olub.

“Mən ona açıq deyəcəyəm ki…”

Moskva və Minsk vahid ittifaq dövlətinin yaradılmasına dair müqaviləni 1999-cu ildə imzalyıblar, lakin o vaxtdan bəri bu ittifaq elə kağız üzərində qalıb.

Lukashenka və Putin arasında ötən il keçirilən danışıqlar nəticəsiz başa çatıb, çünki Belarus lideri “bərabər” hüquqlar istəyirdi.

Yanacaq qiymətlərinin bahalığını və dotasiyanın azlığınlı müdafiə edən Kreml bildirir ki, Minsk daha sərfəli qiymətlər istəyirsə, Moskva ilə daha dərin iqtisadi inteqrasiyaya razılaşmalıdır.

Lukashenka Putinlə açıq danışacağını bildirib:

"Mən ona açıq deyəcəyəm ki, bir növ həqiqət anı gəlib çatıb…Əgər sən neft qiymətlərini Rusiyadaxili qiymətlərlə eyniləşdirəcəyini söz vermisənsə, bunu elə. Sən bizi niyə aldadırsan?”

Belarusun xarici işlər naziri Uladzimer Makeylə görüşdə Pompeo demişdi ki, ABŞ-ın “enerji hasilatçıları sizə lazım olan neftin 100 faizini rəqabətli qiymətlərlə verə bilər”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG