Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:24

Lukashenko Moskvaya xəbərdarlıq edib ki, müttəfiqini itirə bilər


Belarus prezidenti Alexander Lukashenka
Belarus prezidenti Alexander Lukashenka

Belarus prezidenti Alyaksandr Lukashenka Rusiyaya xəbərdarlıq edib ki, Moskva Minskə daha yüksək neft qiymətləri ilə bağlı kompensasiya ödəməsə müttəfiqini itirə bilər:

"Əgər Rusiya rəhbərliyi bu yolu tutsa və Qərb istiqamətində yeganə müttəfiqini itirsə, bu, onun öz seçimi olacaq”.

Lukashenka bu bəyanatı yanvarın 10-da enerji ətrafında mübahisə iki qonşu arasındakı münasibətlərə kölgə salandan sonra verib.

Belarus indiyədək uzun müddətdə neft məhsullarını Rusiyadan güzəştli qiymətlərə alıb və təkrar ixrac edib. Lakin indi Rusiya öz iqtidsadiyyatı üzərindəki yükün ağırlığını azaltmaq məqsədilə nefti Belarusa daha yüksək qiymətlərlə satmağa hazırlaşır.

Belarusun təxminlərinə görə Moskvanın bu planı Minskin qarşıdan gələn altı ildə 11 milyard dollar itirməsi ilə nəticələnəcək. Lukashenka məhz bu səbədən Moskvadan kompensasiya tələb edir.

Lukashenka yanvarın 10-da hədələyərək bidlirib ki, Belarus özünün neft və neft məhsulları ilə idxal-ixracı əməliyyatlarını tamamilə Baltik ölkələri vasitəsilə edə bilər.

O neftin Baltik ölkələri ilə birgə alınıb Belarusdakı Novopolotsk neft emalı zavodunda emal edilməsini və məhsulun buradan ixrac olunmasını təklif edir.

Belarus lideri bununla belə Moskvanın Minski Rusiya ilə daha dərin inteqrasiyaya məcbur etməyə çalışmasına dair media xəbərlərini təkzib edib.

O deyib ki, “iki ölkənin birləşməsi məsələsi yoxdur”.

Rusiya və Belarus arasında sıx iqtisadi, siyasi və hərbi bağları nəzərdə tutan ittifaq müqaviləsi mövcuddur.

Lukashenka enerji mübahisəsi ilə bağlı məsələni yoluna qoymaq üçün 2018-ci ilin sonunda Rusiya prezidenti Vladimir Putinlə iki dəfə görüşüb.

Bundan əvvəl 2010-cu ildə baş vermiş mübahisə zamanı Belarus Ukrayna portları vasitəsilə Venesuela neftini idxal edirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG