Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:13

Lukashenka liderləri 9 may paradına dəvət edir


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

Ölkəsində tüğyan edən koronavirus pandemiyasına baxmayaraq Belarus prezidenti Alyaksandr Lukashenka başqa ölkələrin liderlərini gələn həftə Minskdə keçiriləcək 9 may paradına dəvət edir.

Belarus Dünya Səhiyyə Təşkilatının (DST) ciddi karantin məhdudiyyətləri qoymaq tövsiyələrinə baxmayaraq, Böyük Vətən Müharibəsində qələbənin 75-ci ildönümünü böyük izdihamla keçirməyə hazırlaşır. Lukashenka deyib:

"Mən ən heç olmasa keçmiş Sovet İttifaqının respublikaları olmuş ölkələrin liderlərini Minskdə toplanmağa çağırıram”.

Lukashenka mayın 5-də onun koronavirus pandemiyası ilə bağlı fəaliyyətini tənqid edənləri “yalançı” adlandırıb.

Belarusda hazırda 18 mindən çox yoluxma, 107 ölüm qeydə alınıb.

Lakin prezident Lukashenka vəziyyətin daha da pisləşə biləcəyinə dair çağırışları rədd edir.

Minskdə 9 may paradının məşqləri zamanı
Minskdə 9 may paradının məşqləri zamanı

Rusiya keçmiş SSRİ-də olduğu kimi II Dünya Müharibəsini Böyük Vətən Müharibəsi adlandırır və hər il mayın 9-u Qələbə günü kimi bayram edir.

Lakin bu il Rusiya prezidenti Vladimir Putin pandemiyaya görə 9 may paradını ləğv edib.

Belarus və Türkmənistan keçmiş sovet respublikaları arasında koronavirusu pandemiyasını rəsmən tanıyan iki ölkədir.

Kütləvi amnistiya

Bu arada, mayın 5-də Belarus millət vəkilləri Qələbənin 75 illiyi münasibətilə kütləvi amnistiya haqqında qanunu qəbul ediblər.

Daxili işlər naziri Yury Karayeu parlamentə deyib ki, 5372 məhbusun azad edilməsi nəzərdə tutulub.

Daha 6500 məhbusun cəzasından bir il kəsiləcək.

Mayın 9-da Minskdə keçiriləcək paradda 3 min hərbçinin və 180 hərbi texnikanın iştirak edəcəyi gözlənilir.

Bu parada minlərlə vətəndaş küçələr boyu düzülərək baxacaq.

Belarus II Dünya Müharibəsində əhalisinin 25 faizini itirib.

XS
SM
MD
LG