Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 21:04

Lukashenka AzadlıqRadiosu və BBC müxbirlərinin ölkədən qovulmasını tələb edir


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

Belarus prezidenti Alyaksandr Lukashenka iyulun 23-də keçiridiyi müşavirədə onun sözlərinə görə “kütləvi iğtişaşlara çağıran” jurnalistlərin ölkədən çıxarılmasını tələb edib:

"Qulaq asın, bu ölkənin sahibi bizik. Öz vəzifələrinizi icra edin. Bəli bizdə hökumətdə də, Xarici İşlər Nazirliyində də oturub gözləyirlər ki, prezident komanda versin. Bu ölkəmizə nə münasibətdir belə? BBC, Azadlıq/Azad Avropa Radiosu və sair, onların canlı yayımları... Mən hələ qərəzliyi demirəm. Bunlar axı kütləvi iğtişaşa çağırırlar. Siz buna niyə dözürsünüz? Onlara axı siz akkreditasiya vermisiniz”.

Lukashenka seçki kampaniyasının sonunu gözləməməyə, dərhal tədbir görməyə çağırıb:

“Əgər qanunlarımıza məhəl qoymurlarsa, camaatı meydanlara çağırırlarsa, burdan qovun onları. Mən bu mürəkkəb seçki dövrünə daxil olmamıza baxmayaraq bir də təkrar etməyəcəyəm. Belə də iş olar? Təhqir təhqir dalınca. Yaxşı deyək məni, enimə-uzunuma vururlar. Amma indi də bu günahsız seçki komissiyaları sədрlərinin üstünə cumublar. Bunların ailəsi, uşaqları var axı...”

Saxlananların arasında AzadlıqRadiosunun müxbirləri var

Bu yaxınlarda Belarusda 200-dək jurnalist hakimiyyətə və güc nazirliklərinə müraciət ünvanlayaraq KİV-in təqibinin dayandırılmasını tələb edib.

Belə bir tələblə habelə BMT və başqa beynəlxalq təşkilatlar да çıxış ediblər.

Seçki kampaniyasının iki ayı ərzində Belarusda keçirilən etiraz aksiyalarında onlarca jurnalist saxlanıb. Onların arasında AzadlıqRadiosu Belarus xidmətinin Minskdə işləyən əməkdaşları da var.

Belarus Jurnalistlər Assosiasiyası bildirir ki, ölkədə hər seçki kampaniyasında KİV təmsilçilərinə təzyiqlər artır.

Bu il hakimiyyət təhlükəni canlı yayınlarda görür. Jurnalistlər bildirirlər ki, təqib və təzyiqlərə baxmayaraq fəaliyyətlərini davam etdirəcəklər.

Belarusda prezident seçkisi avqustun 9-da keçiriləcək.

Mərkəzi Seçki Komissiyası iyulun 14-də prezidentliyə namizədləri qeydiyyata alıb.

Bunlar Svetlana Tikhanovskaya, Andrei Dmitriev, Anna Kanopatskaya, Sergei Cherechen və Aleksandr Lukashenka-dır.

XS
SM
MD
LG