Belarus prezidenti Alyaksandr Lukashenka müdafiə naziri də daxil olmaqla ölkənin ali hərbi rəhbərliyində dəyişikliklər edib.
Bu barədə yanvarın 20-də “BelTA “ və “Interfax” agentlikləri məlumat yayıb.
Prezident qərb qoşunlarının komandanı general-mayor Viktar Khrenini müdafiə naziri vəzifəsinə təyin edib.
Keçmiş müdafiə naziri generlal-leytenant Andrey Raukou isə Təhlükəsizlik şurasının baş katibi vəzifəsinə təyin edilib.
Lukashenka həmçinin general-mayor Alyaksandr Valfovich silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə təyin edib.