Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Olimpiya Komitəsi Lukaşenkaya və oğluna qadağan qoydu


Lukaşenka və oğlanları (soldan sağa) Mikolay, Alyaksandr və Dzmitri
Lukaşenka və oğlanları (soldan sağa) Mikolay, Alyaksandr və Dzmitri

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka Beynəlxalq Olimpiya Komitəsini (BOK) “banda” adlandırıb.

Buna səbəb komitənin onun gələn il keçiriləcək Tokio Olimpiadası ilə bağlı işlərlə məşğul olmasına qadağan qoymasıdır.

BOK bildirib ki, onun bu qərarı Belarusda mübahisəli prezident seçkisindən sonra etirazçılara qarşı qəddar divan tutulmasıdır.

Lukaşenka bu qərardan bərk qəzəbləndiyini gizlətməyib:

"Biz məhkəməyə müraciət etməliyik. Qoy Bax (BOK-un prezidenti Tomas Bax) və bandası mənə izah etsin ki, günahım nə olub. Ölkəmi müdafiə etməkmi?”.

BelTA xəbər agentliyi bildirir ki, bu bəyanatı Lukaşenka dekabrın 8-də xəstəxanalardan birinə baş çəkərkən verib.

Belarus MOK-a bütün ödənişlər dayandırılır

Bundan bir gün əvvəl Beynəlxalq Olimpiya Komitəsi elan etmişdi ki, şəxsən Lukaşenkaya, onun oğlu Viktara və başqa bir rəsmiyə olimpiya ilə bağlı bütün fəaliyyətlər müvəqqəti qadağan edilir.

Təşkilat bunu da bildirir ki, Belarusun Milli Olimpiya Komitəsinə bütün pul ödənişləri dayandırılır.

BOK bildirir ki, Belarus MOK-un hazırkı rəhbərliyi “ölkə idmançılarını, idman federasiyalarını və ya idman hərəkatlarını milli olimpiya komitəsi daxilində diskriminasiyadan lazımınca qoruya bilməyib”.

Təşkilat vurğulayır ki, bunlar Olimpiya Xartiyasının təməl prinsiplərinə ziddir və Olimpiya hərəkatının reputasiyasına xələl gətirir.

Cavab bəyantında Belarus MOK bu qərarı “siyasi motivli” adlandırır.

Lukaşenka 23 ildir ki, Belarus MOK-un da prezidentidir

Belarus MOK-a 23 ildir ki, sədrlik edən Lukaşenka avqustun 9-da keçirilən prezident seçkisinin qalibi elan edilib. Bu onun qalib olduğu sayca altıncı seçkidir.

Müxalifət və Qərb seçki nəticələrinin saxtalaşdırıldığını bildiriblər.

Seçkidən sonra Belarusda Lukaşenkanın istefasını tələb edən etiraz aksiyaları səngimək bilmir.

Belarus təhlükəsizlik qüvvələri etiraz aksiyalarına sərt divan tutur. Seçkidən bugünədək Belarusda 27 min nəfər saxlanıb.

Həbsxanada olanlara qarşı işgəncələrə və pis rəftara yol verildiyinə dair etibarlı məlumatlar var.

Müxalifətin əsas liderləri saxlanıb və ya xaricə qaçmağa məcbur edilib.

Amma idmançılar milli bayraq altında yarışacaqlar

Belarus idmançıları bundan əvvəl idman xadimlərinə qarşı siyasi diskriminasiyadan və onlardan bəzilərinin həbs olunmasından BOK-a şikayət ediblər. Onlar Belarus rəhbərliyinə qarşı təcili tədbirlər görülməsinə çağırıblar.

BOK Belarus MOK-un birinci vitse-prezidneti olan Viktar Lukaşenkaya, habelə komitənin icraiyyə şurasının üzvü Dzmitri Baskauya da müvəqqəti qadağan qoyub.

BOK bildirib ki, habelə Belarus Milli Olimpiya Komitəsinə “bütün maliyyə ödənişləri” dayandırılır, amma Tokio 2021 Olimpiadasına hazırlaşan Belarus idmançılarına maliyyə yardımı davam edəcək.

Komitə bunu da bildirir ki, Pekin 2022 Olimpiadası üçün Belarus idmanmçılarına mailiyyə dəstəyi şəxsən və birbaşa onların özlərinə göstəriləcək.

Bununla belə növbəti olimpiadada Belarus idmançıların ölkənin milli bayrağı və himni altında yarışacaqlar.

“Keçmiş xokkeyçi” Lukaşenka

Lakin bildirilir ki, ölkənin 2021-ci il Dünya Xokkey Çempionartına ev həmsahibliyi indi təhlükə altındadır. BOK bildirir ki, hazırda bu məsələni nəzərdən keçirir.

Bax bildirib ki, Beynəlxalq Xokkey Federasiyası Belarusun çempionata ev sahibliyi məsələsinə bugünlərdə baxacaq.

Vladimir Putin (sağda) və Alyaksandr Lukaşenka - Gecə Liqası matçında
Vladimir Putin (sağda) və Alyaksandr Lukaşenka - Gecə Liqası matçında

Ötən ay bu çempionata ev sahibliyi edəcək başqa bir ölkə - Latviya, Belarus Xokkey Federasiyasının sədrini qara siyahıya daxil edib.

Şərhçilər bildirirlər ki, çempionatın ev sahibliyindən məhrum olunmaq özünü daim idmançı və keçmiş xokkeyçi kimi təqdim edən Alyaksandr Lukaşenkaya ciddi şəxsi zərbə olacaq.

Belarusda müxalifətə divan tutulmasına və seçkinin saxtalaşdırılmasına görə Avropa İttifaqı və ABŞ Lukaşenkanı legitim dövlət başçısı hesab etmədiyini bəyan edib.

Blok Belarus üzərinə sanksiyaların üçüncü dövrəsini gələn həftə elan etməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG