Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

British Airways və AirFrance Tehrana uçuşları dayandırır


London Hitrou hava limanı
London Hitrou hava limanı

Britaniyanın British Airways hava yolları şirkəti “uçuş əməliyyatları hazırda kommersiya baxımından sərfəli olmadığına” görə gələn aydan İrana reysləri bağlayacağını bəyan edib.

Londondan Tehrana son uçuş sentyabrın 22-də həyata keçiriləcək və bunun ertəsi gün həmin təyyarə Britaniya paytaxtına qayıdacaq.

British Airways Tehrana birbaşa uçuşları 2016-cı ilin sentyabrında bərpa etmişdi. Həmin vaxt, 2015-ci il nüvə sazişinin imzalanmasından sonra İranın Qərb ölkələri ilə münasibətləri qalxan xətlə inkişaf edirdi.

Birbaşa uçuşlar bundan əvvəl 2012-ci ildə Tehranla Qərb arasında münasibətlərin pisləşməsinə görə dayandırılmışdı.

İranın Londondakı səfiri Hamid Baeidinejad Twitter postunda yazıb ki, “tələbatın yüksək olmasına” baxmayaraq uçuşların dayandırılması “təəssüf” doğrur.

Bu arada Fransanın AirFrance hava şirkəti Paris-Tehran reyslərinin sentyabrın 18-dən dayandırılacağını elan edib. AirFrance da qərarını bu uçuşların “kommersiya baxımından sərfəli olmaması” ilə əlaqəlıəndirib.

Şirkətin sözçüsü Cedric Landais deyib ki, Paris-Tehran reysi ilə avtomobil, enerji və nüvə sahələrininiş adamları uçmurdular və reyslər yalnız turizmə söykənə bilməz.

Ötən ay Hollandiyanın KLM şirkəti sentyabrın 24-dən İrana uçuşları dayandıracağını elan etmişdi. KLM də buna səbəbin “kommersiya üzrə neqativ nəticələr” olduğunu bildirib.

British Airways şirkətinin Tehrana uçuşları ləğv etməsindən bir neçə ay əvvəl ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatların 2015-ci ilin sazişindən çıxdığını və Tehran üzərinə sanksiyaların bərpa olunacağını bəyan etmişdi.

Britaniya və başqa Avropa ölkələri öz şirkətlərini ABŞ-ın mümkün sanksiyalarından çəkilə biləcək zərərdən qorumağa çalışırlar.

Avropa İttifaqı İranla biznesi davam etdirəcəyini bildirsə də, bir çox özəl şirkətlər İranı tərk etməyə başlayıb.

XS
SM
MD
LG