Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:13

London meri Sadiq Khan ‘avropayönlü’ Yeni ilə görə tənqid olunur


London Eye çərxi-fələyi "Avropa İttifaqının rənglərinə" bürünüb
London Eye çərxi-fələyi "Avropa İttifaqının rənglərinə" bürünüb

Britaniya mətbuatı yazır ki, Londonun müsəlman meri Sadiq Khan paytaxtda “avropayönlü” atəşfəşanlıq keçirməklə breksitçilərin – yəni ölkənin Avropa İttifaqından çıxşına tərəfdar olanların qəzəbinə səbəb olub.Sosial mediada yayılan postlarda diqqət paytaxtın əsas atəşfəşanlıq nöqtəsi – “London Eye” çərxi-fələyinin mavi və sarı işıqlarla bəzədilməsinə cəlb olunur. Bunlar Avropa İttifaqı bayrağının rəngləridir.

Temza çayı üzərində atəşfəşanlığın başlanğıcında “London is open” (London açıqdır) sözləri ingilis, fransız, alman, italyan, polyak, rumın və ispan dillərində səslənib.

Bir çoxları bunu Brexit-in əleyhdarı kimi tanınan və ikinci referendumun keçirilməsinə çağıran müsəlman merin xüsusi mesajı kimi başa düşüblər.

Guardian yazır ki, təntənəli tədbirdə habelə çoxsaylı Avropa sənətçiləri çıxış ediblər.

Sadiq Khan atəşfəşanlıqdan əvvəl etdiyi nitqdə deyib: “Mənim nəzərimdə biz avropalıların verdiyi töhfə sayəsində dünyanın ən möhtəşəm şəhərlərindən biriyik. Düşünürəm ki, müxtəliflik güc deməkdir və düşünürəm ki, biz bu müxtəlifliyi bayram edirik”.

Onun sözlərinə görə London atəşfəşanlığından məqsəd “dünyaya bizim açıq düşüncəli olduğumuzu göstərməkdir”.

Mer atəşfəşanlıqdan sonra yazdığı tvitdə bildirir: “Bizim London əhalimizin 1 milyonu Avropa İttifaqı vətəndaşlarıdır. Onlar Brexit-in nəticələrindən asılı olmayaraq nəhəng töhfə veriblər və biz onların burda olmasından həmişə məmnun olacağıq”.

London sakinlərinin böyük əksəriyyəti referendumda Avropa İttifaqında qalmağa səs versə də, Yeni il atəşfəşanlığı çox sayda davakar breksitçini qəzəbləndirib.

Mühafizəkar millət vəkili Andrew Bridgen Sun qəzetinə verdiyi şərhdə tədbiri “demokratiyaya xəyanət” adlandırıb: “Beynəlxalq ictimai tədbiri bu sayaq siyasilərşdirmək böyük zövqsüzlükdür”.

Millətçi deputatlardan Roger Helmer yazır: “Birləşmiş Krallığın Brüssellə danışıqlara qapanıb qaldığı bir vaxtda Sadiq Khan London Eye çərxinin üstündə bayraq nümayiş etdirib. O məgər Folklend müharibəsi vaxtı Argentina bayrağını nümayiş etdirərdimi?”

London Yeni il atəşfəşanlığına bu il 2, 3 milyon funt sterlinq xərclənib və tədbirə 100 min bilet satılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG