Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

London deyir ki, Moskva davranışını dəyişməlidir


Baş nazir Theresa May iyunun 5-də Lamanş əməliyyatının ildönümündə çıxış edib
Baş nazir Theresa May iyunun 5-də Lamanş əməliyyatının ildönümündə çıxış edib

Britaniyanın baş naziri Theresa May deyib ki, Moskva və London arasında münasibətlərin yaxşılaşması yalnız Rusiyanın öz davranışını dəyişəcəyi təqdirdə mümkündür.

Britaniya tərəfi bildirir ki, Rusiya əvvəlkitək vəziyyəti stabilsizləşdirməkdə davam edir, amma iki ölkə arasında beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıq davam edəcək.

Britaniyanın bu bəyanatı bundan az əvvəl Rusiya prezidenti Vladimir Putinin dediklərinə cavab idi.

Putin Sankt Peterburqda keçirilən iqtisadi forumda demişdi ki, o Theresa May-in istefasından sonra Rusiya və Britaniya arasında münasibətlərin yaxşılacağına inanır.

O bildirmişdi ki, iki ölkə arasında münasibətlər keçmiş Rusiya casusu Sergei Skripal və onun qızının zəhərlənməsindən sonra pozulub.

London onların zəhərlənməsinə görə Rusiyanı ittiham edirdi.

Putin Sankt Peterburqda etdiyi çıxışda deyib: “Nəhayət bu casuslar və sui-qəsdlərlə bağlı səhifəni çevirməyin vaxtıdır”.

Sergei Skripal və onun qızı Yulia ötən ilin martında İngiltərənin Solsberi şəhərindəki parkda huşsuz vəziyyətdə tapılmışdılar.

Sonradan onların SSRİ-də istehsal olummuş Noviçok maddəsi ilə zəhərləndikləri məlum olmuşdu.

London onların Kreml tərəfindən zəhərləndiklərini bildirmişdi.

Ata və qız uzun müalicədən sonra bu zəhərlənmədən sağ çıxıblar.

Sergei Skripal o vaxtdan bəri ictimaiyyət qarşısında görünməyib, lakin onun qızı ötən ilin mayında Britaniya televiziyası vasitəsilə videomüraciət edib.

Skripalların harada olduqları açıqlanmır. Moskva bu zəhərlənmə ilə hər hansı əlaqəsini inkar edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG