Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Boris Consonda koronavirus aşkarlanıb


Boris Conson
Boris Conson

Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxduğunu, digərlərini yoluxdurmamaq üçün özünü təcrid etdiyini açıqlayıb.

Martın 27-də Twitter-ə yerləşdirdiyi qısa videoda Conson deyir ki, onda “yüngül simptomlar” üzə çıxıb, ancaq koronavirusun yayılmasını cilovlamağa çalışan hökumətə rəhbərliyi davam etdirəcək.

Martın 26-da Britaniyada daha 40 nəfərin koronavirusdan vəfat etdiyi, bununla ümumi ölü sayının 144-ə çatdığı açıqlanıb.

Ölkədə virusa 3 min 269 nəfərin yoluxduğu bildirilir.

Daha öncə Şahzadə Çarlzın koronavirusa yoluxduğu açıqlanmışdı.

***

Britaniya ümummilli karantin elan edir

Dünya boyunca koronavirus pandemiyası ilə bağlı martın 23-də Britaniyada ümummilli karantin elan edilib.

Bu barədə televiziya ilə canlı müraciətində baş nazir Boris Conson deyib ki, London başqa Avropa ölkələrinin, o cümlədən, İtaliya, İspaniya və Fransanın yolunu seçməyə məcbur olub.

Bundan əvvəl hökumət ümumi karantinin elan edilməməsinə görə, həm müxalifət, həm də həkimlər tərəfindən kəskin tənqid olunurdu.

Ümumi karantin qaydalarına görə britaniyalılara evlərini yalnız son dərəcə zəruri səbəb olduqda tərk etmək icazəsi verilir.

Hökumət sərəncamında bu halların dəqiq siyahısı verilib:

Gündəlik tələbat mallarının alınması üçün (nə qədər az olsa, bir o qədər yaxşıdır)

İdman təmrinlərinin açıq havada icrası üçün – gündə bir dəfədən artıq olmamaqla

Sağlamlıq problemi ilə bağlı və ya başqalarına təcili yardımın göstərilməsi üçün

İş yerinə işi evdə görmək mümkün olmadığı hallarda getmək olar

Eyni sərəncamda karantin dövründə hansı mağaza və xidmət yerlərinin açıq ola biləcəyi də göstərilib:

Restoranlar – yalnız evlərə göndərilmək və ya aparılmaq üçün xörəklərin hazırlanması məqsədilə açıq qala bilər,

Supermarketlər, küçə piştaxtaları da daxil ərzaq dükanları,

Apteklər,

Yanacaqdoldurma məntəqələri və kirayə avtomobil biznesləri,

Velosiped mağazaları,

Məişət texnikası və ev avadanlığı mağazaları,

Camaşırxanalar və kimyəvi təmizləmə xidmətləri,

Zoomağazalar,

Baqqal dükanları, qəzet köşkləri və poçt idarələri

Banklar.

Bütün ictimai parklar və əyləncə müəssisələri qeyd-şərtsiz olaraq bağlanıb.

Bu da xatırladılır ki, qaydalara əməl etməyənlərə qarşı polis gücündən istifadə oluna bilər.

Britaniyada martın 23-ü, axşama olan məlumata görə 6500 yoluxma, 335 ölüm halı qeydə alınıb.

London 1 milyon britaniyalını dərhal ölkəyə qayıtmağa çağırıb

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Britaniya Xarici İşlər Nazirliyi xarici səfərdə və ya istirahətdə olan 1 milyonadək britaniyalını dərhal vətənə dönməyə çağırıb.

Bəyanatda bildirilir ki, bir neçə gündən sonra ölkə ilə hava və başqa nəqliyyat rabitəsi tamamilə kəsiləcək.

Nazirlik bildirir ki, daimi yaşayış yeri Birləşmiş Krallıq olan Britaniya vətəndaşları istirahətlərini və ya işgüzar səfərlərini “yarımçıq kəsərək” vətənə qayıtmağı planlaşdırmalıdırlar.

Xarici işlər naziri Dominic Raab deyib ki, Britaniyaya qayıtmaq üçün hələki təyyarə reysləri mövcuddur, lakin bir-neçə gündən sonra belə imkan olmayacaq.

Guardian qəzetinin yazdığına görə hökumət narahatdır ki, bu həftəsonunadək ölkəyə qayıtmayan vətəndaşlar daha sonra xarici ölkələrdə ilişib qala bilərlər.

Lakin Britaniya müxalifətinin kölgə xarici işlər naziri Emily Thornberry xaricdə olan 1 milyon britaniyalının qayıtması üçün hökumət tərəfindən repatriasiya proqramına başlanması məsələsini müzakirə etmək istədiyini bildirib.

Müxalifətçinin fikrincə həmvətənlərin ölkəyə qayıtmasını məhz hökumətin özü təşkil etməlidir.

Bütün dünya boyunca təyyarə biletləri ala bilməyən Britaniya vətəndaşlarının şikayətləri artmaqdadır.

Xarici işlər naziri Raab çoxsaylı tənqidlərdən sonra 500 britaniyalının vətənə qayıtması üçün Peruya təyyarə reysi təşkil etdiyini bildirmişdi.

Bakıdan Londona uçuşlar da dayanacaq

Bir sıra müşahidəçilər hökumətin belə bir elanla çıxış etməsini onun ötən həftəsonu London hava limanlarına hələ də İtaliya, Çin və İran kimi ölkələrdən təyyarələrin uçmasına görə kəskin tənqid olunması ilə bağlayırlar.

Daily Mail qəzeti yazırdı ki, ölkə daxilində hərəkətin məhdudlaşdırıldığı və tədbirlərin sərtləşdirildiyi bir vaxtda ölkəyə koronavirusun tüğyan etdiyi Çin, İran və İtaliya kimi ölkələrdən reyslərin qəbulu davam edir.

Guardian yazır ki, xaricdə ilişib qalan britaniyalıların arasında çox sayda həkim və tibb işçisi var və onlar həmvətənlərinə köməklik göstərmək üçün təcili Britaniyaya qayıtmağa çalışırlar.

Onlar bildirirlər ki, Britaniya səfirlikləri bu məsələdə onlara lazımınca kömək etmir.

Bu arada AZAL şirkətinə yaxın mənbənin verdiyi məlumata görə Bakı-London reyslərinin uçuşları da hələlik davam edir, lakin gələn bazar günündən etibarən uçuşlar iki həftə müddətinə dayandırılacaq.

Bundan sonrakı uçuşlar barədə hələlik qərar qəbul edilməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG