Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Lloyd Ostin ABŞ-ın müdafiə naziri oldu


Lloyd Ostin
Lloyd Ostin

ABŞ Senatı təqaüddə olan general Lloyd Ostini müdafiə naziri vəzifəsinə təsdiq edib.

Ostin prezident Co Baydenin Senatda təsdiqlənmiş ikinci nominasiyasıdır.

O həm də Amerika tarixində Pentaqonun ilk qaradərili başçısıdır.

Ostini həm Nümayəndələr Palatasında, həm də Senatdakı demokratların və respublikaçıların əksəriyyəti dəstəkləyib.

Yanvarın 22-də keçirilən səsvermədə dördulduzlu genaral 93 leyhinə və yalnız 2 əleyhinə nisbəti ilə vəzifəyə təsdiqlənib.

Onun bu vəzifəyə təsdiqlənməsi üçün Konqresdən xüsusi icazə alınması tələb olunurdu. Beləki mövcud qaydalara görə keçmiş hərbçilər mülki vəzifələri tuta bilməzlər.

ABŞ-da müdafiə naziri mülki vəzifə hesab olunur. O təqaüdə 2016-cı ildə çıxmışdı.

Kreml barədə xəbərdarlıq

Təsdiqlənmə dinləməsində Ostin senatorlara Kremlin düşmən hərəkətləri barədə xəbərdarlıq edib.

Pentaqonun yeni başçısı deyib ki, Rusiya hazırda tənəzzüldə olsa da, kiberməkanda hələ də güclü ziyan vura bilər.

Moskva Ostinin bəyanatına hələki reaksiya verməyib.

Ostinin 67 yaşı var. ABŞ mediası yeni müdafiə nazirininin qapalı adam reputasiyasına malik olmasından yazır. Ostin bir qayda olaraq ictimai diqqət mərkəzində olmağı xoşlamayıb.

Buna baxmayaraq Pentaqonun yeni başçısı hərbi karyerasında bir sıra yüksək vəzifələr tutub.

O ABŞ-ın Yaxın Şərq və Cəbuni Asiyadakı qoşunlarına başçılıq edən Mərkəzi Komandanlığın rəisi olub.

Senat daha bir “ilki” nazir vəzifəsinə təsdiq edib.

Nümayəndələr Palatasında keçiriləcək səsvermədən sonra Canet Yellen ABŞ-ın ilk qadın maliyyə naziri olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG