Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Liviyadakı münaqişə Berlində müzakirə olunur


Liviya, arxiv foto
Liviya, arxiv foto

Bu gün Almaniyanın təşəbbüsü və BMT-nin himayəsi altında Berlində Liviyadakı münaqişəyə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Müzakirələrin əsas məqsədi Liviyada uzunmüddətli stabilliyə nail olmaqdır.

Konfransda münaqişə tərəfləri olan beynəlxalq birliyinin tanıdığı Liviya hökumətinin başçısı Fayez Sarraj və sözdə milli ordunun komandiri adlandırılan Khalifa Haftar da iştirak edəcək.

Bundan başqa konfransa Türkiyə prezidenti Recep Tayyip Erdogan, Rusiya prezidenti Vladimir Putin, Pransa prezidenti Emmanuel Macron, İngiltərənin baş naziri Boris Johnson və ABŞ dövlət katibi Mike Pompeo da qoşulacaq.

Liviyada vətəndaş müharibəsi 2011-ci ildən, Muammar Gaddafinin devirilməsindən bəri davam edir. Gaddafinin devirilməsindən sonra hər hansı qüvvə bütün Liviya ərazisinə nəzarəti ələ ala bilməyib. Haftara məxsus qüvvələr Liviyanın şərqinə, hökumt qüvvələri isə paytaxt Tripoliyə və onun ətrafına nəzarət edirlər.

Liviya hökumətini təmsil edən Fayez Sarrajı Türkiyə müdafiə edir. Bu məqsədlə artıq Ankara Liviyaya qoşun göndərib. Haftarı müdafiə edən Misir və Birləşmiş Ərəb Əmirlikləridir. Çoxsaylı mənbələr təsdiq edir ki, Haftarın tərəfində rusiyanın özəl hərbi şirkətləri də vuruşurlar. Rəsmi Moskva isə tərəflərin heç birini müdafiə etmədiyini bildirir.

Ötən həftə Moskvada keçirilən Liviya danışıqları nəticəsiz başa çatıb. Haftar atəşkəslə bağlı sənədi imzalamaqdan imtina edərək Moskvanı tərk edib. Cümə axşamı Liviyanın Benqazi şəhərində general Haftarla görüşən Almaniyanın xarici İşlər naziri Heiko Maas bəyan edib ki, Haftar danışıqlara razıdır. Bu arada Haftarın əmri ilə ona loyal qüvvələr ölkənin şərq hissəsindəki dəniz limanlarını ələ keçiriblər və bundan sonra Haftarın əmrilə hazırkı hakimiyyətin gəlir mənbəyi olan neftin nəqli dayandırılıb.

Fayez Sarraj Alman mediasına verdiyi açıqlamasında bəyan edib ki, əgər danışıqlar uğursuzluqla nəticələnsə beynəlxalq sülhməramlı qüvvələri Liviyaya çağıracaq.

ABŞ Dövlət Departamentində Berlindəki danışıqların nəticə verəcəyinə ümid ifadə olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG