Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:45

Litva siyasətçisinə ‘Rusiyaya casusluğa’ görə 6 il iş kəsildi


Algirdas Paletskis
Algirdas Paletskis

Algirdas Paletskisi Rusiyanın xeyrinə casusluqda təqsirli bilinərək 6 il müddətinə azalıqdan məhrum edilib

Litvanın Şaulyay şəhərinin məhkəməsi iyulun 27-də rusiyayönlü Sosialist Xalq Cəbhəsi partiyasının keçmiş sədri Algirdas Paletskisi Rusiyanın xeyrinə casusluqda təqsirli bilərək 6 il müddətinə azalıqdan məhrum edib.

Delfi agentliyinin xəbərinə görə prokurorluq Paletskisə 9 il həbsxana cəzası istəmişdi.

Bu cinayət işi üzrə özünü təqsirlıi hesab edən və ifadə verən Vilnüs iş adamı Deymantas Bertauskas cinayət məsuliyyətindən azad edilib.

Keçmiş diplomat Paletskis Litva Seyminin deputatı olub. O Litva SSR Ali Sovetinin birinci sədri Yustas Paletskisin nəvəsidir.

Paletskis 2018-ci ilin sonlarında həbs olunub. İstintaqın versiyasına görə o Rusiya kəşfiyyatının agenti və başqa Rusiya vətəndaşları ilə işləyən mütəşəkkil qrupun üzvü olub.

Burada söhbət ilk növbədə Litvadakı siyasi vəziyyət barədə məlumatların toplanmasından və ödəniş müqabilində Rusiya tərəfinə ötürülməsindən gedir.

Paletskis təqsirsiz olduğunu və ona qarşı ittihamların siyasi mahiyyət daşıdığını bildirib.

2012-ci ildə cərimə olunmuşdu

2012-ci ildə Paletskis Litva Respublikasına qarşı SSRİ təcavüzünü təmizə çıxarmasına görə məhkum edilib.

Söhbət onun 1991-ci ilin yanvarına dair hadisələr barədə bəyanatlarından gedirdi.

O vaxt müstəqilliyini tələb edən Litvaya sovet qoşunları yeridilmişdi.

2012-ci ildə Pelitskisi 3 min avro cərimə etmişdilər.

2018-ci ilin dekabrında Paletskisinin və bir neçə Litva vətəndaşının həbsi və onlara qarşı casusluq ittihamlarının irəli sürülməsi Moskvanı qəzəbləndirmişdi.

O vaxt Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həbsləri “Rusofobiyanın daha bir təzahürü” adlandırmışdı.

Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi bir sıra keçmiş sovet respublikalarının narahatlığına səbəb olub.

Litva məhkəmələri bir neçə nəfəri Rusiyanın yaxın müttəfiqi Belarusun xeyrinə casusluğa görə məhkum edib.

XS
SM
MD
LG