Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Litva Kiselyova görə Rusiya telekanallarının yayınını dayandırır


Litva öz ərazisində Rusiyanın RT telekanallarının yayınını qadağan edib.

Rəsmilər bildirirlər ki, buna səbəb kanalın Rusiya televiziya şəbəkəsinin başçısı Dmitry Kiselyovla bağlılığıdır.

Kiselyova qarşı beynəlxalq sanksiyalar irəli sürülüb.

Litva Radio və Televizya Komissiyasının sədri Mantas Martisius iyulun 8-də bəyan edib ki, RT-nin yayınladığı 5 telekanal iyulun 9-dan onun ölkəsinin ərazisində qadağan ediləcək:

"Bu proqramların dayandırılması onların hər hansı pozuntulara yol verməsi ilə deyil, sanksiyalar altında olan birisinə bağlılığı ilə əlaqədardır. Söhbət cənab Kiselyovdan gedir. O qadağan edilmiş proqramlardan mənfəətlənə bilməməlidir”.

Bundan əvvəl başqa bir Baltik ölkəsi Latviya iyunun 30-dan etibarən RT-nin yeddi kanalının onun ərazisində yayınlanmasını dayandırb.

Rusiya dövlətinin təbliğat şəbəkəsi

Avropa İttifaqı Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsinə təbliğat dəstəyi verdiyinə görə özünün anti-Qərb moizələri ilə tanınan televiziya aparıcısı Dmitry Kiselyovun üzərinə sanksiyalar qoyub.

Kiselyov “Rossia Segodnya” media qrupunun rəhbəridir. Bu qrup Rusiya hökumətinin xəbərlərini və təbliğatını yaymaqla məşğuldur.

Əvvəllər Russia Today adlanan RT telekanalı, bir sıra başqa kanallar, radiostansiyalar, Sputnik xəbər xidməti, Prime news agentliyi və Inosmi.ru kimi internet saytları da bu media qrupuna daxildir.

Kiselyovun media qrupu Rusiyada dövlət tərəfindən maliyyələşdirilən 10 qrupdan biridir.

Qrup 2018-2020-ci illər arasında dövlətdən 20.4 milyard rubl (288 milyon dollar) vəsait alıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG